adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2018 13:06
9628
GÜNDƏM

İçimdə döyüşən əkizlər - Emin Akif yazır

İçimdə iki adam oturub. Birisentimentaldı, romantikdi. Ayağı yerdən üzülmüşdü. O biri uça bilmir,realistdi, duyğusuzdu. Elə ki, kiminləsə xoşbəxt olmaq istəyirəmsə bu iki ibnə,yekəbaş, xudbin, paxıl məxluqlar başlayır dava-dalaşa. Ayağı yerdən üzülmüş deyirki, onu qadından ötə biri kimi sev. Elə sev ki, havalanasan, ayağını yerəqoyanda yeri hiss eləməyəsən, onu dodaqlarından çox ayağını öpməyə tələsəsən.Uça bilməyən, realist, bəlkə də pessimistsə deyir, sənin nə işin var o qadınla,onsuz da yenə alınmayacaq, səni atıb gedəcək. Nahaqq yerə uçmağa çalışma, ayağıyerdən üzülmüş adamların əvvəl-axır qanadları sınır, şappıltıyla yerə düşürlər.

Ayağı yerdən üzülən kosmopolitdi,azaddı, dinsizdi. Onun əl-ayağını bağlaya bilməzsən. O heç vaxt yerə düşmür.Onun vətəni yoxdur, onun üçün qadağa yoxdur, onun üçün Allah var, din yoxdu.

Uça bilməyənsə vətənpərvərdi,çərçivəlidi, dindardı. Onun əl-ayağını ancaq ayağı yerdən üzülmüşlərləqarşılaşanda bağlaya bilməzsən. Harda gördüsə, daşlamaq istəyər onları.

Ayağı yerdən üzülən üçünqadının boşanmışı da qəbuldur. Onun üçün sadəcə, insan var. O insan ki,hissiyatını itirməyib. O insan ki, onun paklığı yalnız xarakteri, ürəyi iləölçülür. Onun üçün sevgi kor-koranə bir şeydir.

Uça bilməyən üçünsə qadının əldəyilməyəni qəbuldur. Onun üçün sevgi də bəlli bir teoremlərin içindədir. Oteoremdən kənara çıxa bilməzsən.

Ayağı yerdən üzülən üçündünyanın bütün uşaqları məsumdur.

Uça bilməyən üçünsə düşməndisə,qırılsınlar.

Ayağı yerdən üzülən üçün Allahyalnız Allah olduğu üçün var.

Uça bilməyən üçünsə Allah yacəhənnəm qorxusudur, ya da cənnət sevdası.

Ayağı yerdən üzülən özAllahından küsüb, nə vaxtsa barışacaq.

Uça bilməyən üçünsə Allahdanküsmək qadağandır.

Ayağı yerdən üzüləni şərabgöylərdə saxlayır.

Uça bilməyəni isə şərab olduğuçərçivədə.


Ayağı yerdən üzülən qoşulubbuludlara ağlayır.

Uça bilməyənsə yalnızmüqəddəslər üçün ağlayır.

Ayağı yerdən üzülən özünüolduğu yüksəklikdən aşağı atılmağın qorxusu yoxdur. Özünü öldürə bilər.

Uça bilməyənsə oturub ömrününaxırına kimi ölümü gözləyir.

Ayağı yerdən üzülən hər günölür.

Uça bilməyənsə bir dəfə.

Ayağı yerdən üzülən kilsə dəvar, məscid də var, sinaqoq da, məbədlər də, bütlər də.

Uça bilməyən üçünsə ya kilsəvar, ya məscid var, ya sinaqoq var, ya da bütlər.

Qalmışam bu iki cüvəllağınınarasında. Bunların əlində hara qaça bilərəm, bilmirəm. Ömrümü qumar masasınabənzədirəm. Həmişə əlindəki 3 Tuzla uduzan bir adam. Hə, yəni Tənhalıq,Tənhalıq, Tənhalıq.