İbrahimoviç üç il müddətinə futboldan kənarlaşdırıla bilər
Zlatan İbrahimoviç FIFA və UEFA tərəfindən müəyyən olunmuş qaydaları pozduğuna görə uzun müddət futboldan kənarlaşdırıla bilər.
Sports.ru xəbər verir ki, İsveç millisi və “Milan”ın hücumçusuna məxsus “Unknown AB” şirkəti “Bethard” bukmeker kontorunda 10%-lik paya sahibdir.
Qaydalara əsasən, bukmeker kontorunda hər hansı bir marağı olan futbolçu FIFA və UEFA bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. Qaydanı pozanları isə 100 min avroyadək cərimə və ya üç ilədək futboldan uzaqlaşdırılma gözləyir.
İsveç Futbol Federasiyası məsələ barəsində artıq bir neçə ildir məlumatlı olduğunu bildirib. FIFA və UEFA isə hələ ki vəziyyəti şərh etməkdən imtina edib.
Digər Xəbərlər
03 May 2024 16:37
“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38