İbrahim Tatlısesin qaynanası vəfat etdi - FOTOLAR
İbrahim Tatlıses keçmiş həyat yoldaşı, İdo Tatlısesin anası Derya Tuna ilə 1983-cü ildə tanış olublar. Onların birlikdəliyindən İdo adlı oğlu dünyaya gəlsə də Tatlıses Tuna ilə nigaha girməyib. Buna baxmayaraq, imperator başqa qadınlarla eşq yaşasa da, onların münasibətləri hörmət və ehtiram çərçivəsində davam edib.
Adalet.az Haberler.com-a istinadən xəbər verir ki, İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Derya Tunanın anası Ayşe Tuna dünyasını dəyişib. Keçmiş həyat yoldaşını həyatının ən çətin günündə tək qoymayan Tatlısəs dəfn mərasimində Tunanı qucaqlayıb və göz yaşlarına boğulub. Derya xanım İbrahim bəyə sarılaraq göz yaşı töküb.
Keçmiş qaynanasının dəfnində Derya xanımı tək qoymayan İbrahim Tatlısəs "Derya xanım mənə 30 ilini verdi.
Onun anası mənim anamdır. Rəhmətliyi çox sevirdim. Məkanı cənnət olsun! Derya xanımı heç vaxt tək buraxdım.Uşaqlarımın heç birinin anasını tək qoymayacağam.Onun üçün buradayam. Derya Tuna çox üzgündür.Telefonda zəng etdim danışa da bilmədik. Derya anasına körpə uşaq kimi baxırdı” dedi.


Qeyd edək ki, Deya Tuna 17 iyul 1965-ci ildə anadan olub. İbrahim Tatlısəslə tanış olmamışdan əvvəl Yenikapıda kazinolarda çıxış edən müğənni olub. Cütlük münasibətlərinin 18-ci ilində - 2001-ci ildə yollarını ayırıb.
İbrahim Tatlısəsə qarşı səhnəyə çıxmağa qərar verdiyi o illərdə 2002-ci il oktyabrın 14-də transparan libas geyindiyi üçün Hüseyn Bozan tərəfindən ayağından vurulub.
Digər Xəbərlər
17 Dekabr 2025 12:55
Nazilə Səfərli: “Şöhrət mənə dedi ki, dəyərsizdir deyə bağışlayırsan, dəyərli olsaydı…”
17 Dekabr 2025 10:59
Serialın final xəbərini televiziyadan öyrəndilər
17 Dekabr 2025 09:36
"Fazillə hər şey bitib” - Rəqsanə
16 Dekabr 2025 16:44
Martin Qrelis vəfat etdi
16 Dekabr 2025 15:01
Samira: “Qızım dedi ki, arzularımı puç etmə”
16 Dekabr 2025 15:01
Qumral: “Bacarmıramsa, canlı ifa etmək vacib deyil”
16 Dekabr 2025 12:38
GoTürkiye-nin yeni mini-serialı: “Bir İstanbul hekayəsi” - FOTOLAR
16 Dekabr 2025 12:29


Bakı -°C

