İbrahim Tatlısəsin qardaşı həbs edilib
Məşhur müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı həbs edilib.
Adalet.az xəbər verir ki, buna səbəb Tatlının taksi sürücüsünü döyməsi olub.
Belə ki, Antalyada bir məkanda konsert verdikdən sonra taksiyə minən Tatlı qaldığı hotelə çatanda sürücü ondan gedişhaqqını tələb edib. Lakin ödənişi konsert verdiyi məkan ödəməli olduğu üçün ifaçı taksiyə pul verməkdən imtina edib. İkili arasında taksi pulu üstündə yaranan mübahisə davaya çevrilib. Hüseyn Tatlı sürücünü döyüb, nəticədə sürücünün dostları da müğənniyə hücum ediblər.
Üç nəfər tərəfindən döyülən müğənni yerə yıxılaraq ayağını sındırıb. Xəstəxanaya aparılan müğənniyə dərhal müdaxilə olunub. Müalicəsi tamamlanan H. Tatlı taksi sürücüsünün şikayəti əsasında polis tərəfindən nəzarətə götürülüb. Taksi sürücüsü başından aldığı zərbədən sonra gecə ərzində reanimasiyada müşahidə altında qaldığını bildirib.
Hüseyn Tatlı sürücünün həyatının təhlükədə olması səbəbilə saxlanılaraq həbsxanaya göndərilib.
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

