adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 May 2023 17:07
1246
MƏMLƏKƏT

I Qarabağ savaşının döyüşçüsü vəfat etdi - FOTO

Bu gün I Qarabağ müharibəsində düşmənə qarşı mərdliklə döyüşmüş, Azərbaycan ordusunun keçmiş döyüşçülərindən biri vəfat edib.


Adalet.az xəbər verir ki, vəfat edən Fərhadov Kamal Mustafa oğlu Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. Məlumatı mərhumun döyüş dostu keçmiş döyüşçü Sevindik Məmmədov təsdiqlədi: Cəbrayıl polkunda qumbara atmağı əsgərlərimizə öyrədən Kamal Fərhadov Monqolustanda hərbi xidmət keçmişdi və hərbi bilikli bir hərbçi idi. Kamal bölüyün baş çavuşu olsa da, həmişə ön cəbhədə əsgərlərimizin içində olurdu, bütün döyüş əməliyatlarında əsgərlərimizlə birlikdə olurdu, 15-avqust 1993-ildə də Banazur -1-postun da (Binədərəsi ) son ana kimi, Dağtumasdan olan rəhmətlik Məmmədov Rövşən Həsən oğlu ilə birlikdə sona qədər döyüşüb,  səngəri ən son tərk edənlərdən olub. Onu da qeyd edim ki, Quycaq kəndindən olan Elsəvər də onlarla birlikdə son nəfəsinə qədər  döyüşüb və sonda Elsevər şəhid olub. Kamalla, Rövşən yaralanıb.


Kamal ikinci dəfə 23-avqust 1993-cü il Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı plamyot gülləsinə tuş gəldi, həmin güllənin çıxarılması mümkün olmadığından 1993-cü ilin 23-avqustundan 15-may 2023-cü ilə kimi özü ilə gəzdirdi. Kamal iki dəfə yaralansa da, ona qarşı haqsızlıq edildi və əlillik statusu verilmədi.  Uğrunda canını - qanını qoyduğu doğma Cəbrayılımızı və doğulduğu Böyük Mərcanlı kəndini görmədən bizləri tərk etdi”.

Allah dünyasını dəyişən bütün döyüşçülərimizə rəhmət eləsin!

 Əntiqə Rəşid