adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Aprel 2015 13:38
2628
MƏMLƏKƏT

I Avropa Oyunları ətrafında qurulmuş siyasi oyunlar

I AvropaOyunlarının Azərbaycan üçün əhəmiyyətini nə qədər yazıb izah etsək də bəziiqtisadi yazarlar öz xislətlərindən əl çəkmək istəyində deyillər. Konkretolaraq söhbət Qubad İbadöğlunun bu günlərdə mətbuatda dərc edilmiş "İlk Avropaoyunları neçəyə başa gələcək” başlıqlı yazısından gedir.  O, birinci dəfə deyil ki, özünün bu cürə   ciddi "təhlilləri” ilə cəmiyyəti aldatmağa cəhdedir. Biz bir təşkilat olaraq son aylarda onun cəmiyyəti aldatmağa, insanlararasında çaşqınlıq yaratmağa hesablanmış təhlillərinin heç bir ciddi iqtisadi araşdırmalara söykənmədiyini dəfələrləüzə çıxararaq ortaya real rəqəmlər qoymuşuq. Onun  idxal-ixrac əməliyyatları iləbağlı çıxışlarında Gömrük Komitəsinin rəsmi rəqəmlərini təhrif edərək idxalın həcminiqəsdən azaltması, manatın məzənnəsinin kəskin devalvasiyaya heç bir ehtiyacıolmadığı halda "qiyamət qopacaq” deyərək banklarda və valyutadəyişmə məntəqələrində ajiotajın yaranmasına rəvacverməsi ilə bağlı çıxışları da iqtisadi yanaşmadan uzaq siyasi şivənçilik idi.

***

Aydındırki, Qubad İbadoğlu siyasətlə məşğuldur və çıxışları da bütün hallarda onunsiyasi ambisiyalarına söykənir. Bu səbəbdən də onun iqtisadi təhlil adı altındasırımaq istədiyi və əslində bilavasitə siyasi maraqlara xidmət edən yazılarınakimsə ciddi önəm verməməlidir.

Qubadİbadoğlu Azərbaycanı bütün dünyada təbliğ edəcək I Avropa oyunlarının ölkəmizəverə biləcəyi xeyri yalnız 600 min biletin satışından əldə olunacaq gəlirdəgörür və bu gəliri də heç kəsə aydın olmayan bir üsulla 30 milyon manat həddindəmüəyyən edir. Əslində bu məbləği hesablamaq üçün əldə yarışlara satılacaqbiletlər barəsində tam informasiya olmalıdır. O yazısında Oyunların açılış vəbağlanış mərasimləri üçün ən bahalı biletlərin 100-200 manat olduğunu göstərir.Sual edirəm:  Qubad İbadöğlu bilirmi ki,həmən mərasimlərə satılacaq ən bahalı biletlərin sayı nə qədər olacaq? Xeyirbilmir! Bəs belə vacib göstərici barəsində məlumatı olmaya olmaya biletsatışından əldə olunacaq 30 milyon manatı necə hesablayıb?

Bir müddətöncə mətbuatda çıxış edərək Avropa Oyunlarının hazırlanmasına Azərbaycan hökumətinin8 milyard manat xərcləyəcəyini deyənlər sonra  bu rəqəmi 4 milyarda, indi isə 3,5 milyard manata qədər aşağı salıblar. Deyəsən buadamlar milyardlarla ölçülən fərqə adi hal kimi baxırlar. Bu gedişlə çox gümanki, oyunlar başlayana qədər onlar bu xərcləri bir neçə milyard manat daazaltmalı olacaqlar... Bu adamlar üçün rəqəmləri təhrif etmək artıq  vərdişə çevrilib. Onlar uzun illərdi ki buyolla Azərbaycan cəmiyyətini aldatmaqla məşğuldurlar. Həmin yalanları isə heçkim təkzib etmədiyindən bu ziyanlı vərdiş xroniki hal alıb.

***

Hesabedirik ki, Qubad İbadoğlu və ümumiyyətlə öz təhlilləri ilə mətbuat səhifələrindəçıxış edən hər bir kəs cəmiyyətə ötürdükləri informasiyaların məsuliyyətini dərketməlidir. Belələrinin cəmiyyətə ötürdüyü yalan informasiyalar bəzən dövlətə,  dövlətimizin iqtisadi – maliyyə əsaslarınaçox ciddi zərbələr vurur. Əslində qanun bu vəziyyəti yaradanların, özçağrışları ilə onu stimullaşdıranların məsuliyyətini ortaya qoymalıdır...

Sondahesab bilməyənlərə və yaddaşı zəif olanlara Birinci Avropa oyunlarının Azərbaycana verəcəyi birbaşa dividentlər barəsindəbəzi xatırlatmalar vermək istərdik.

***

I Avropaoyunlarından Azərbaycanın qazancını yalnız bilet satışında görənlərunutmasınlar ki, bilet satışından əlavə oyunların 100-dən artıq ölkəyəyayımlanmasından, yarışlar zamanı efirə veriləcək reklamlardan kifayət qədər vəsaitəldə ediləcək. Hələ biz ölkəyə gələcək və yarışları burada izləyəcək turistlərinxərcləyəcəyi vəsaitləri demirik. Turistlər isə artıq indidən Bakı küçələrindəgözə dəyirlər.

I AvropaOyunlarından ölkəmizin əldə edəcəyi dolayı dividentlərə gəldikdə,  burada birinci növbədə iqtisadi cəhətdən qüdrətlibir dövlətə çevrilmiş Azərbaycanın bütün dünyada təbliğ olunacagını qeyd etməliyik.Yarışlar dünyanın 100-dən artıq ölkəsinə yayımlanacaq və onları bir milyarda qədərinsan izləyə biləcək. Unutmayaq ki, dünyanın aparıcı kompaniyaları hər il adi məhsullarınreklamına bizim dövlətin bu yarışların keçirilməsinə sərf etdiyi vəsaitlərdən6-7 dəfə çox vəsait sərf edirlər.  Buoyunlar  Azərbaycan həqiqətlərini bütündünyaya yayacaq ki, bu da ölkəmizə yeni-yeni investisiyalar və turist axınınıstimullaşdıracaq.

Onu da nəzərdənqaçırmaq olmaz ki,  I Avropa Oyunlarında2012-ci ilin London Olimpiadasında iştirak edən idmançıların 2/3-si qədər,2014-cü ilin Soçi olimpiadasında iştirak edən idmançılardan 2 dəfə çox idmançıiştirak edəcək. Təkcə bu fakt Bakı 2015-in miqyası barədə aydın təsəvvürləryaratmırmı?..

 

"Ekonomiks” Beynəlxalq İqtisadi AraşdırmalarBirliyinin sədri,

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov