Hüquqi informasiyanın cəmiyyətə düzgün şəkildə ötürülməsi xüsusi əhəmiyyət daşıyır

“Bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması cəmiyyətin hüquqi maariflənməsi və konstitusiya dəyərlərinin qorunması istiqamətinə diqqəti daha da artırır”.
Adalet.az xəbər verir ki, bunu təşkil edilən “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev deyib.
Onun sözlərinə görə, bu kontekstdə media vasitəsilə hüquqi informasiyanın cəmiyyətə dolğun, şəffaf və düzgün şəkildə ötürülməsi, vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Digər Xəbərlər

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb - VİDEO

Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub

Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub
