adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Oktyabr 2018 14:24
6705
GÜNDƏM

HÖRMƏTLİ YAQUB MAHMUDOVA XIRDA BİR TƏKLİF!

Hörmətliprofessor! Bu günlərdə ermənilər Pənah xanın tikdirdiyi Xankəndinin adının dəyişdirilib Şaumyanın şərəfinəStepanakert qoyduqlarının 95 illiyini təntənə ilə qeyd etdilər, heykəlini əklilyağışına tutdular, xarici ölkələrdən də xeyliqonaq-qara çağırmışdılar. Yəni bayram elədilər.

Buil Pənah xanın özülünü qoyduğu Qarabağ xanlığının 270 ili tamam oldu. Demirəm, böyükbir bayram-filan eləyək, heç olmasa rəhbərlik etdiyiniz Tarix İnstitutubununla bağlı bir konfrans keçirə bilər. Buməsələyə siz necə baxırsınız?