adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Yanvar 2018 15:00
9642
GÜNDƏM

“Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun qələbə əzmi özünə qayıdıb”

5 Yanvar günüAzərbaycan tarixinin şanlı səhifəsində öz yeri olan bir gündür. Bəziləri bununziddiyətinə varmasalar da əslində Azərbaycan Ordusu 5 yanvar 1994-cü ildə bizəqələbə sevinci yaşadıb. 

Bu gün isə həmən tarixdən 24 il keçir. İctimai NəzarətKoalisiyası, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və "Sabitlik və İnkişaf Mərkəzi” İctimaiBirliyi ilə birgə bu tarixi günlə bağlı konfrans keçirib. "Horadiz hücuməməliyyatı Ulu Öndər Heydər Əliyevin hərbi-strateji müdrikliyinin zəfəridir”–mövzusunda keçirilən konfransda tarixi günə qısa da olsa ekskursiya edilib.Tədbir iştirakçıları konfransdan öncə Fəxri xiyabana gələrək xalqımızınÜmummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusuHeydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələriqoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın daxatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra Şəhidlərxiyabanına gələn iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyüuğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarınıbildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

İctimai Birliyinmərkəzi ofisində baş tutan tədbirdə konfrans iştirakçıları Horadizəməliyyatından kadrlara tamaşa ediblər. İNK sədri Rasim Məmmədov konfransınmahiyyəti barəsində danışıb. Bildirib ki, məhz ümumilli lider Heydər Əliyevin qətiyyəti, böyüksərkərdəlik məharəti nəticəsində Azərbaycan Ordusu bu qələbə sevincini bizəyaşadıb.

RasimMəmmədov onu da bildirib ki, məhz Horadiz əməliyyatı ilə Azərbaycan ordusununqələbə əzmi özünə qayıdıb. Bu gün həyata keçirilən məqsədyönlü tədbirlərsayəsində Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusunaçevrilib. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə azad etməyə hazırdır,

Polkovnik Zahid Teymurov mövzu ətrafında çıxış edib. Bildiribki, Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olub.Diqqətə çatdırıb ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaqsəhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusunun nəyə qadirolduğunu açıq şəkildə göstərib.


İctimai Nəzarət Koalisiyasının sədri, Dünya AzərbaycanlılarınınMədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, "Sabitlik və İnkişaf Mərkəzi”İctimai Birliyinin sədri Rasim Məmmədov bildirib ki, 5 yanvar 1994-cü il UluÖndər Heydər Əliyevin hərbi strateji müdrikliyi nəticəsində Horadiz əməliyyatıböyük müvəffəqiyyətlə keçirilərək düşmən işğalından azad olundu: "Ulu ÖndərHeydər Əliyev tərəfindən təməli qoyulan Horadiz əməliyyatı Ali Baş Komandanİlham Əliyev tərəfindən davam etdirilərək, 2016-cı il Aprel döyüşləri nəticəsiolaraq Cocuq Mərcanlı döyüş iştirakçılarının əzimkarlığı nəticəsində böyük birzəfərlə uğur qazanaraq azad olundu”.

Tədbir digər çıxışçıların fikirləri ilə davam etdirilib.

Ədil Ədilzadə