adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Sentyabr 2022 15:18
1252
DÜNYA

Hindistanla Ermənistanın yaxılaşması:270 milyon dollarlıq "sevgi" variantları 

Hindistanın Azərbaycanı BRİKS sammitinə buraxmaması xəbəri demək olar ki, bütün erməni KİV-lərində yayılmışdı. Sammit iyun ayında baş tutub. Məlum olub ki, Azərbaycan forumda qonaq qismində iştirak etmək üçün dəvət alsa da, sonradan Hindistan onun iştirakına mane olub.
Hindistanın Azərbaycana qarşı qərəzli münasibətinin səbəbini axtarıb tapmağa çalışdığımız ərəfədə məlum oldu ki, bu qərəz nəsə daha dərin qatlara gedib çıxır.
Belə olmasaydı, Hindistan növbəti addımı ilə bizi şoka salmazdı. BMT-nin Təhlükəsizlik Şurasının son iclasında Hindistan Azərbaycanı “təcavüzkar” ölkə kimi gördüyünü ifadə etdi və buna “əsas” kimi sentyabrın 12-13-də Azərbaycanla Ermənistanın delimitasiya və demarkasiya olunmamış, yəni dəqiqləşdirilməmiş sərhəd ərazilərində erməni tərəfinin təxribatlarına və diversiya cəhdlərinə qarşı qətiyyətli cavabın verilməsi göstərildi.

 

Qərəzli Hindistan

 

 

Adalet.az verelq.am –a istinadən xəbər verir ki, Hindistan Ermənistana 270 milyon dollar məblğində silah və hərbi texnika satıb.

Bildirilib ki, Hindistanla imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib
Erməni mediası etiraf edib ki, Dehli hər zaman Ermənistanın işğalçılıq siyasətinə bu və ya digər şəkillərdə dəstək göstərib.

Qeyd edək ki, Hindistan bu yaxınlarda Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşına və məhsullarını ixrac etmək üçün çox mühüm istiqamətə çevrilib. Təkcə bu ilin ilk 5 ayında Azərbaycanın Hindistana ixracı ötən illə müqayisədə 127,63% artaraq 796,97 milyon ABŞ dolları təşkil edib. Bəs onda Hindistanı qərəzli danışmağa nə vadar edib? Bizim variantlarımız aşağdakılardır:

 

Din amili?

.

Rəsmi olaraq Hindistanda təxminən 177 milyon 300 min müsəlman yaşayır. Hindistan İndoneziya və Pakistanın sonra dünyada ən çox müsəlman əhaliyə sahib üçüncü ölkədir. Amma son illər ölkədə müsəlmanlar ən aşağı kateqoriya insanlar hesab olunur.
Səbəb Azərbaycanın islam ölkəsi ola bilərmi?-sualı fikrimizə aydınlıq gətirməyə şərait yaradır.
Deməli, son illər bir çox ölkələrdə İslama qarşı yeni cərəyanlar və hərəkatların yaradılması hər kəsi narahat etməkdədir. Xüsusən əhalisinin 13, 5 faizi müsəlmanlar olan Hindistanda İslama və İslam peyğənbərinə qarşı aqressiya günü – gündən artmaqdadır.
Hindistanın hakim radikal millətçi "Bxaratiya Janata" (BJP) partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbərlə bağlı təhqiramiz ifadələr işlədilməsi nəinki ölkədə eləcə də bölgədə növbəti iğtişaşların təməlini qoymaqdadır.
İyun ayında həmin rəsmilərdən biri, hakim partiyanın sözçüsü Naveen Kumar Jindal Twitter-də Məhəmməd peyğəmbəri təhqir edən paylaşımı böyük reaksiya aldı.


Avqust ayında Hindistanın Heydərabad şəhərində hakim Bharatiya Janata Partiyasının parlamentdəki deputatı Zakur Raca Sinq Məhəmməd Peyğəmbərin ünvanına təhqiramiz ifadələr işlədib və video yayımlayıb. Ona etiraz olaraq əhali şəhərin bir çox yerlərində piketlər keçirilib. Məhz bu piket və etirazlardan sonra - iyunun 8-də Zakur Raca Sinq Uttar-Pradeş ştatında saxlanılıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Hindistan Xalq Partiyasının sözçüsü Nupur Şarma verilişlərin birində İslam dini, Məhəmməd Peyğəmbər və onun həyat yoldaşına qarşı təhqiramiz ifadələr işlədib. Ümumiyyətlə artıq Hindistanda müsəlmanlara qarşı ciddi bir soyqırım gözlənilir.


Pakistan- Azərbaycan qardaşlığına qarşı qısqanclıq?

 

azerbaycan-ve-pakistan-en-chetin-anlarda-birge-addimlayiblar


44 günlük müharibədə Pakistanın Azərbaycan haqq davasına dəstək verdiyini, Azərbaycanın yanında olduğunu bəyan etdikdən sonra Hindistan tərəf seçməyə qərar verdi və haqsızın, işğalçının yanında olduğunu əməlləri ilə təsdiqlədi.Bu ilin 30 mayında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu ölkəyə rəsmi səfər etdi. Bildiyiniz kimi, Hindistan Qarabağ məsələsinin ATƏT-in Minsk Qrupu mandatı altında tənzimlənməli olduğunu bəyan edib. Mirzoyan isə öz növbəsində hökümət adından Hindistana Qarabağla bağlı mövqeyinə görə təşəkkür etdi və Pakistan- Hindistan arasındakı münaqişəli zona olan Kəşmirə görə hindlilərə dəstək verdi.. Ölkələrin yaxınlaşması sayəsində Ermənistan raket, mərmi və sursat tədarükünü əhatə edən böyük həcmli müqavilə imzalayıb.
Hindistanın "Economic Times" nəşrinin verdiyi məlumata görə, Dehli ilə İrəvanın arasında bu ayın əvvəlində imzalanan müqavilə fasiləsiz silah və sursat tədarükü ilə yanaşı, müasir "Pinaka" raketləri və tank əleyhinə raketlərin satışını da nəzərdə tutur. “Pinaka” raketləri 40 km uçuş məsafəsinə və dəqiq zərbə vurma qabiliyyətinə malikdir.



Bəlkə erməni lobbisi?

 


Düşünəndə ki, bir-birinə ekiz kimi oxşayan bu iki xalqı bir-birinə nə bağlayır, dərhal tarix adamın köməyinə gəlir.
Əsl adı Aramei – köçəri, köçəri tayfalar demək olan ermənilər həm dil, həm də irq sarıdan hindlilərə çox yaxındı. Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlamışdır. İlk vaxtlar ermənilər, Hindistana ticarət məqsədi ilə gəlmişdilər. Erməni mənbələrində, tacirlərin Hindistana ilk dəfə X əsrdə getmələri qeyd olunmuşdur. Tacirlər əsasən dəyərli daş-qaş və parça ticarəti ilə məşğul olurdular. 1956-cı ildə Yeni Dehli şəhərinin arxiv idarəsi, ermənilər haqqında bəzi sənədləri açıqlamışdır. Həmin sənədlərdə, ermənilərin Hindistana 780-cı ildə gəldikləri göstərilmişdir. Tarixi baxımdan təsdiqini tapmamış, məlumatlardan birində isə Vasko da Qamanın Hindistana 1498-ci ildə təşkil etdiyi səfər zamanı, erməni tacirləri ilə qarşılaşmışdır. Hindistanda ermənilərə məxsus ilk dini ibadətgah 1562-ci ildə inşa olunmuşdur. 1772-ci ildə Yakop Şahamiryan adlı erməni, Cenay şəhərində mətbəə yaratmışdır. Dünyada ilk erməni dilində qəzet olan Azdararda 1794-cü ildə Hindistanda çap olunmuşdur. Qəzetin nəşr olunmasında, Aratun Şumovyan rolu böyük olmuşdur.


Azdarar qəzeti bir neçə səhifədən ibarət idi. Qəzet əsasən, Hindistanda yaşayan və işləyən erməni tacirləri, gündəlik xəbərlər haqqında məlumatlandırmaq məqsədi daşıyırdı. 1815-ci ildə Bombey şəhərində Erməni dərnəyi yaradıldı. Dərnək əsasən, erməni gənçləri təhsilə cəlb olunması ilə məşğul olurdu. 1821-ci ildə Kəlkütə şəhərində bu gündə fəaliyyət göstərən Erməni kolleci yaradıldı. Hindistan erməniləri mədəni sahədədə bir sıra işlər görmüşdülər. Sezarın ölümü tamaşası, erməni dilinə tərcümə olunmuş və səhnələşdirilmişdir. 1947-ci ildə Pakistanın Hindistandan ayrılması ilə Hindistandanda yaşayan ermənilər, müharibə təhlükəsi ilə üzləşdilər. Bu səbəbdən bir çox erməni ailələrində olan uşaqlar, sistemli şəkildə ABŞ və Avstraliyada olan erməni məktəblərinə göndərildi. Zamanla Hindistanda yaşayan ermənilərin sayı sürətlə azalmağa başladı. XIX əsrin ortalarında 18 min nəfər olan erməni əhalisi 1990-cı illərdə min nəfərə qədər azalmışdır. Ermənilərin böyük bir qismi ABŞ-a köçmüşdür. Bir sözlə, bir-birinə qaynayıb, qarışmış xalqlardı.

P.S. Əziz oxucularımız, siz necə düşünürsünüz, Ermənistan və Hindistan arasındakı "sevgi telləri " hansı səbəbdən "alovlanmağa" başlayib? Hindistanın Ermənistana 270 milyon dollar məblğində silah və hərbi texnika satması əslində düşündürücü məsələdir.

 Əntiqə Rəşid