21 Oktyabr 2022 10:11
1751
MƏDƏNİYYƏT

Hindistanın "Elvis Presli"si, məşhur Kapurlar ailəsinin Şəmşiri - FOTOLAR

Uşaq vaxtı - sovet dönəmində baxdıqca doymadığımız melodram hind filmlərini elə indi də nostalji hisslər altında izləyirik, gülümsəyirik...
Hindistan filmlərinin dünyaya tanıdan, hind kinosunun özəyi hesab olunan Kapur soyadı isə yaddaşımıza elə kino kimi yazılıb. Tanınmış aktyor və rejissor, “Pritxvi tietrs” teatrının sahibi Pritxvirac Kapurun böyük oğlu Rac Kapur.( 1924-cü ilin 14 dekabr-1988-ci ilin 2 iyun) hind kinosunun memarı sayılır.

Rac, qardaşları Şammi Kapur (1931 – 2011),  İllər sonra Şaşi Kapur (1938 – 2017) da məşhur aktyor oldu. Kiçik  Kapurlarelə bu teatrdaca böyüyürdülər və ata Kapur onları sənətkar kimi yetişdirirdi.
Məqalələrimdə Rac və Şaşi Kapurlar haqqında geniş məlumat vermişdim .

Bu dəfə isə ortancıl qardaş olan Şammi Kapur ( ingilicə adı belə yazılır: Shamsher Raj Kapoor) haqqında danışacağıq.

Shammi Kapoor's Unknown Facts: From Earning Rs. 50 Monthly To Being Titled As Elvis Presley Of India


Adalet.az xəbər verir ki, Şammi 21 oktyabr 1931-ci ildə Bombeydə anadan olub. O, 50-60-cı illərdə Bollivudun ən populyar aktoylarından idi. Qardaşlar Rac və Şaşi ilə tanınmış "Kapur qardaşları üçlüyü"nü təşkil etmişdilər.

Shammi Kapoor And Geeta Bali's Love Story: From An Unexpected Meeting To An Intimate Temple Wedding


Yaraşıqlı olduğuna görə Hindistanın “Elvis Presli”si  deyilən Şammi 1955-ci ildə aktrisa Gita Bali ilə evləndi. Onların bu evlilkdən Aditya Raj Kapur adlı bir oğlu və Kancan adlı bir qızı dünyaya gəldi . Lakin Gita Bali 1965-ci ildə çiçək xəstəliyinin tüğyan etdiyi o illərdə bu səbəbdən öldü.

Shammi Kapoor was married to Geeta Bali first. After her death, he married Neila Devi.

Aktyor 1969-da - birinci xanımının ölümündən  dörd il sonra Neila Devi ilə ailə qurdu. Böyük aktyor xroniki böyrək çatışmazlığı səbəbi ilə 14 Avqust 2011-ci ildə vəfat etdi.  79 yaşında- 80 yaşına tam 2 ay qalmış...

Hind filmi sevərlər  onu məhz gənclik illərində çəkildiyi filmərdəki kimi xatırlayırlar: Yaraşıqlı, sadə və mehriban... 

Image of Shammi Kapoor

Şamminin iştirakı ilə keçmiş SSRİ-də məşhur olan "Betaab" ("Məhəbbətin gücü") və "Vidhaata" ("Qüdrətli) filmləri çəkilib.

 Əntiqə Rəşid