Hindistanda hərbi konvoya silahlı hücu ,olub, ölənlər var
Hindistanın Cammu və Kəşmir ştatında hərbi konvoya edilən silahlı hücum nəticəsində ən azı 3 hərbçi ölüb, daha 4 nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
İnsident cümə axşamına keçən gecə ştatın Şopian dairəsində, hərbçilər kontr-terror əməliyyatından geri qayıdan zaman qeydə alınıb.
Silahlılara cavab atəşi açılsa da, onlar ərazidən uzaqlaşa biliblər. Atışma zamanı hərbçilərlə yanaşı evində ikən güllə yarası alan qadın da ölüb.
Digər Xəbərlər
02 May 2024 11:20