“Heykəltaraşlıq - bu gün və sabah!” layihəsinə start verildi
Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Heykəltaraşlıq - bu gün və sabah!” layihəsinə start verilib. Layihə rəhbəri Nigar Əliyevanın verdiyi məlumata görə, layihənin əsas məqsədi gənc istedadlı heykəltaraşların üzə çıxarılması, onların əsərlərinin dəyəndərilməsidir.
N.Əliyeva qeyd edib ki, layihə çərçivəsində Bakı, İsmayıllı, Şirvan, Samux və Lənkəranda olan gənc heykəltaraşlarla əlaqə qurulacaq. Onların əsərlərindən ibarət sərgi keçiriləcək və ən yaxşı 3 əsər qiymətləndiriləcək. N.Əliyeva onu da deyib ki, müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün yüksək ixtisaslı ekspertlərin köməkliyindən istifadə olunacaq.
Layihə rəhbəri onu da qeyd edib ki, gənclərin bu peşə növünə marağının daha da artırılması məqsədi ilə bukletlər çap olunacaq və yerlərdə paylanacaq.