adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Noyabr 2015 14:12
4917
MƏMLƏKƏT

Həyət evlərinə çıxarışlar bu şərtlə verilə bilər

Ölkə üzrə torpaqlar kadastr xəritələrinə uyğunlaşdırıldıqdan sonra bu həyət evlərinə çıxarışların verilməsi məsələsi müzakirə olunacaq.

Adalet.azxəbər verir ki, bu sözləri jurnalistlərə bu gün keçirilən İşgüzar Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, torpaqlar mühafizə zolaqlarına düşmürsə, həmin tikililər kənd təsərrüfatı, meşə təyinatlı torpaqlarda, yəni qadağan olunmuş ərazilərdə tikilməyibsə və infrastruktur altına düşmürsə, onların sənədləşdirilməsi barəsində qərar veriləcək.

"Qanunvericiliyə uyğun sənədləşdirmə həyata keçiriləcək”, - deyə R.Cəlilov bildirib.

Qeyd edək ki, komitə regionlarilə yanaşı, artıq Bakının üç rayonunda da yeni tikililərə kütləvi çıxarışların verilməsinə başlayıb.