adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Dekabr 2018 10:40
8207
MƏMLƏKƏT

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Dekabrın 11-dəTəhsil Nazirliyinin təşkilatçılığı iləAzərbaycan Milli Konservatoriyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Mən Azərbaycanam” adlı anım mərasimi keçirilib.

Bu barədə Adalet.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bilıdirilib ki, mərasim iştirakçıları tərəfindən ulu öndərHeydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin tarixində silinməz iz buraxdığını bildirib. Rektor bütün həyatını xalqına həsr edən ulu öndərin musiqiyə xüsusi bağlılığının olduğunu, onun əziz xatirəsinin hər il ali məktəb tələbələrinin ifasında konsert proqramı ilə anıldığını qeyd edib.

Təhsil Nazirliyi rəhbərliyinin və ali təhsil müəssisələri rektorlarının iştirak etdiyi mərasimdəəməkdar incəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin mahnı və romansları səslənib.