adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Sentyabr 2016 11:57
8827
MƏMLƏKƏT

Həyat qadınının amansız həyatı

Axşamüstü kafelərinbirinə yollanıram. İçki sifariş verib, ətrafı müşahidə etməyə başlayıram. Qısaətəkli, üzü ənlikli yorğun qadınlar diqqətimi çəkir. Həyatqadınıdırlar. Yarıçılpaqbədənləri ilə masanın dörd bir tərəfini işğal ediblər.

Əlimlə işarə edib,içlərindəki ən gənc qızı yanıma çağırıram. Cəld yerindən durub yaxınlaşır,çoxdanın tanışı kimi yanımda oturub, gözlərini üzümə dikir. Buanhəyatqadınları oturanmasayabaxıram: onların üzündəkisonsuzkədərməniincidir. Adını bilmədiyimfahişəyə deyirəm:

- İstəyirsən, dostlarını da çağır.

Gülümsəyir. Yəqin, elə bilir ki, zarafat edirəm.

- Biri sənə bəs eləmir?

- Adın nədir?

- Aysel.(ad şərtidir) Neynirsən ki?

- Saatneçəyə qədər burada işləyirsən?

- Səhər altıya kimi.

- Bəs yorulmursan?

- İnsanam da, yoruluram. Amma öyrəşmişəm. Yaxşı, keçək otağa?

Bir söz demirəm. Qarşımdakı pivəni son qurtumunadək içib ayağa qalxıram.Onun arxasınca otağa gedirəm. İçəridən çox pis iy gəlir. Mələfə, döşəkağı,yastıq yerə səpələnib.


- Aysel, gəl, bir az söhbət edək.


Gülür. Əli ilə ağzını qapayır. Qəribədir, mənə elə gəlirdi ki, yalnız utancaqqızlar bu cür gülə bilirlər.

- Nə danışırsan? Yoxsa?… – yenidən uğunub gedir.  Bir az tez edək, müdir vaxt qoyub.

- Nə qədər desən, pul verirəm, ancaq istəyirəm mənimləsadəcə danışasan.

Rusca deyir:
- Net problem.

Hələ üstəlik, əli ilə çiynimə də vurur. Sonra saçı ilə oynaya-oynaya,səsinə şıltaq çalar verib, sözünə davam edir:

- Amma... Başa düşmədim səni. Sən kişi deyilsən? Niyə qorxursan? Birincidəfədir, bəlkə? Hə, utanma, de.

Yenə uzun-uzadı qəhqəhə çəkir.

- Yox. Sadəcə, kefim yoxdu. Mənə öz həyatından danış.

- Xəyat? – rus aksenti ilə soruşur və təzədən uğunub gedir. – Mənimxəyatım sənin nəyinə lazımdı?

Səbrimi basıb gözləyirəm, bilirəm ki, adətən, ona bucür suallar vermirlər. İndi karıxıb, bilmir neyləsin. Ona görə də tərəddüdiçində qalıb. Amma danışacaq. Yüz faiz danışacaq.

- Hmm…

Aysel işarət barmağını çənəsinə dayayır, düşünür. Az sonra onun səsigəlir. Öz hekayəsinə başlayır:
- Anam atamın məşuqəsi imiş. Onu saxlayırmış. Bu zaman mən dünyaya gəlmişəm.Nənəmin dediyinə görə, anam məni uşaq evinə buraxıb. Uşaq evində çox iztirablaryaşamışam. Ana-ata qoxusuna həsrət böyümüşəm. Hələ də atamın adını bilmirəm.Anam Türkiyədə yaşayır. Yenə hansısa qadın onu saxlayır. Anama nifrət edirəm.Onu heç vaxt bağışlamayacağam. Bütün günahlar ondadır.

Aysel deyir ki, on beş yaşı tamam olanda uşaq evindən qaçıb. Günlərcəparklarda, küçələrdə gecələyib. Sonda məcbur olub bu yola düşüb: "Əvvəlləryolların qırağında dayanırdım. Müştərilərə gözəl görünmək üçün əlimdən gələniedirdim. Maşınlara yaxınlaşırdım. Elə olurdu üzümə söyüş söyürdülər. Eləsi dəolurdu, məni maşınına mindirirdi. Sonra gəlib çıxdım bu kafeyə”.

- Peşmandeyilsən ki?


- Peşmanam. Amma əlimdən də heç nə gəlmir.

- Səni bu bataqlıqdan xilas etmək istəyən olsa,razılaşardın?


- Aaa…- əlini-əlinə vurur - Bə nə? Niyə razı olmayım ki?! Axmağam? Özü də harada varki, belə kişi? Bəlkə, sən xilas etmək istəyirsən?

- Yox, elə-belə soruşdum.

- Nə qədər sual verirsən e...

- Danışırıq da...

- Bəlkə, qəzetə yazacaqsan?

Arsız-arsız gülür. Cavab vermirəm.
- Hə... Sən kimsən axı? Nə qədər sual verirsən? Gəl, işini gör, çıx da. Ay da,belələri də gəlib məni tapır.

Yenə aramsız gülüşlər...

Lüt-üryan yanımda oturub. Bədəninə baxıram. Onun vücudu izdihamlıyerlərdə özünə çıxış axtaran balaca uşağa bənzəyir.

İki dəqiqədən bir gülməsi əsəblərimə toxunur. Sanki, qarşımdakı qadındeyil. Mənə elə gəlir ki, bütün sevdikləri onun üz cizgilərini, vücudunu,saçını, gözlərini, hər şeyini unudublar. İndi o, öz bədənindən pul qazananböyük bir boşluğa bənzəyir, heç nə ifadə etmir. Yəqin, fahişələr bədənlərinisatarkən ürəklərini də hərraca qoyurlar.

Aysel dinc durmur, şitləşir. Mənimsə istəyim onunla yatmaq deyil.Birdən-birə ağlımdan qəfil bir fikir keçir: fahişələr öz qadın statuslarınıdəfn etdikdən sonra kişilər üçün yalnız orqazma çatmaq vasitəsidirlər.

Soruşuram:
- Aysel, həyatında heç sevmisən?

Birdən-birə güllə kimi açılan sualım onu çaş-baş qoyur. Ayağa qalxır.Paltarını geyinir. Güzgüdə saçını-başını düzəldir, özünə sığal verir. Bir xeyliotağın içində fırlanır, yerə dağılmış əşyaları toplayır. Sonra mənə baxıbdeyir:
- Hə…

Gözləyirəm ki, danışsın. Amma elə hey susur. Amma danışsa da, çətininanam. Düşünürəm ki, fahişələr həmişə yalan danışır. Özlərindən uydurmaəhvalatlar quraşdırıb danışırlar. Bəlkə də, Ayselin öz həyatından danışdığı buqısa əhvalat da yalandır. Başdan-ayağa yalandır. Amma bir insanın sevdiyinietiraf etməsi niyə uydurma olsun ki?! Axı fahişə olsa da, hər gün bədəninibaşqa kişilərlə bölüşsə də, o da insandır. Onun da hissləri, duyğuları var.

Səsi məni düşüncələrimdən ayırır:
- Bir dəfə kafeyə bir oğlan gəlmişdi. Məni seçmədi. Başqası ilə otağa keçdilər.O oğlan hər dəfə gəlirdi. Həmişə də başqaları ilə gedirdi. Neçə dəfəyaxınlaşmaq istədim, amma hər dəfə məni uzaqlaşdırırdı. Səbəbini bilmirdim.Sonra yoxa çıxdı. Daha gəlmədi. Hər dəfə rəfiqələrimlə onun haqqında söhbətedirdim. Rəfiqələrim deyirdi ki, o, yataqda çox yaxşıdır. Onlara əsəbiləşirdim.Üstlərinə qışqırırdım. Axırda dostum Nərmin dedi ki, sən onu sevirsən. Mən həryanıma gələn kişini ona bənzədirdim. Elə bil onunla sevişirdim. Sanki bir evdəər-arvad kimi.

Aysel danışır, mənsə düşünürəm ki, qadınların da sevgisi belədir. Nəvaxt onlara əzab verirsən, özündən uzaqlaşdırırsan, o zaman səni sevirlər.Görəsən, bir fahişəni sevmək necə olardı? Yaxud fahişənin sevgisi…

Türk yazıçısı Suat Dervişin "Fosforlu Cevriye” romanı yadıma düşür.Qadın yazıçının qələmə aldığı dramatik əsərdə sonda Cevriye ona heç vaxttoxunmayan, onunla yatmayan, onun fahişə olduğunu unutduran bir kişini sevir vəsonu faciə ilə nəticələnir. Cevriye o kişini xilas etməkdən ötrü öz canındankeçir. Nədənsə, oradakı kişinin Cevriyəyə verdiyi sualı xatırlayır və istəyirəmki, Ayseldən də bunu soruşum: "İnsanları sevirsən?” Cevriyenin cavabı belə idi:"Hə... Lənətə gəlmiş insanları sevirəm”.

Ayselə baxıram. Yanıma çağırıram. Gözlərinin içində məhv olmuş uşaqbağçası görürəm. Soruşuram:

- Aysel, insanları sevirsən?

Bu yerdə qapı döyülür. Müdir Ayseli çölə çağırır.

Sualım cavabsız qalır...