adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Yanvar 2018 11:23
27481
GÜNDƏM

Həsən ZEYNALOV: “Diplomatın tale yolu”

Heydər Əliyev əmin idi ki, Azərbaycan xalqı Onu tükənməz məhəbbətləsevir. Telefon zənginə qədər də Moskvaya - Heydər Əliyevə teleqramlar da göndərmişdim.Bu cür teleqramlar və məktublar çox göndərilirdi və sözsüz ki, bütün bunlarHeydər Əliyevdə məmnunluq yaradırdı. Həminzəngdən başlayaraq birbaşa əlaqələrimiz quruldu və telefon danışıqlarımızintensivləşdi. Qeyd etməliyəm ki, 1987-ci ilin sonlarından başlayaraq ermənimillətçilərinin Azərbaycana qarşı əsassız ərazi iddiaları ortaya çıxanda ermənilərhəm də Heydər Əliyevə qarşı şər və böhtan kampaniyasına başladılar. Lakin HeydərƏliyev özünə qarşı aparılan sistemli təxribatlardan daha çox Dağlıq Qarabağmövzusu ilə Azərbaycana yönəldilmiş ərazi iddialarından narahatlıq keçirirdi.Azərbaycanda isə günbəgün çətinləşən siyasi vəziyyətdən çıxış yolu kimi HeydərƏliyevin Vətənə qayıtması məsələsi ən aktual siyasi məsələyə çevrilmişdi.

Heydər Əliyev çox gəncyaşlarından təhlükəsizlik orqanlarında işlədiyi üçün erməni millətçilərininkeçmiş SSRİ-də və xarici ölkələrdəki imkanlarına, məqsəd və planlarına, o cümlədənAzərbaycana qarşı iddialarına yaxından bələd idi. Onların bu iddiaları 1945-ciildən 1969-cu ilə qədər artmaqda davam etmişdi. Heydər Əliyev Azərbaycanabirinci dəfə rəhbərlik etdiyi dövrdə bu iddiaların qarşısını məharətlə aldı.Xüsusilə qeyd etmək lazımdır ki, əgər ermənilər həmin çirkin istəklərinəSSRİ-nin ali qanunverici orqanlarının qərar və qətnamələri ilə nail ola bilsəydilər,bu əraziləri geri qaytarmaq şansı heç zaman yarana bilməzdi.

Telefon söhbətlərimizdəbütün bu məsələlər təkrar-təkrar müzakirə mövzusu olurdu. Mən vətəndaşlarımızınOnun haqqında nə danışdıqlarını, xüsusilə xalq hərəkatının öncüllərinin fikir vəmülahizələrini Heydər Əliyevə bacardığım qədər çatdırırdım və hesab edirdim ki,vaxt itirmədən Vətənə gəlməsinə zərurət var. Heydər Əliyev Azərbaycan, onuntaleyi üçün çox darıxırdı. Ölkəmizin üzərindəki mövcud təhlükədən son dərəcənarahatlıq keçirirdi. Azərbaycana dönmək istəyi isə doğma Vətənə olan sonsuzsevgisi, onun dərdlərinə laqeyd qala bilməməsi idi.

Acınacaqlı o idi ki,

vaxtilə Heydər Əliyevhakimiyyətdə olarkən onun fəaliyyəti haqqında təqdiredici fikirlər söyləyənziyalılar (Bayram Bayramov, Cəmil Əlibəyov, dövlət televiziyasının rəhbəri QeysərXəlilov, Elmlər Akademiyasının işçisi və deputat Nadir Mehdiyev, Bakı şəhərpartiya komitəsinin birinci katibi Müslüm Məmmədov və s.) indi televiziya və qəzetlərdəHeydər Əliyevin tənqidi, Ə. Vəzirovun məddahlığı ilə məşğul idilər. Açıqgörünürdü ki, Ə. Vəzirovu Azərbaycana təyin edən Moskvanın ondan tələbirespublikanın problemlərinin həlli yox, hər vəchlə Heydər Əliyevin hakimiyyətəqayıtmasının qarşısının alınması idi. Çünki onun qayıdışı Moskvanın ermənisiyasətinə son qoya bilər, xalq hərəkatının düzgün idarə olunmasını təmin edə,ümumilikdə Cənubi Qafqazla bağlı geosiyasi proseslərin istiqamətini Moskvanınarzu etmədiyi səmtə çevirə bilərdi. Milli hissləri olmayan, qeyri-ciddixarakterə malik Ə. Vəzirov isə yalnız ona tapşırılmış istiqamət üzrə fəaliyyətgöstərirdi. Nəticədə qısa zamanda respublikanı xaos bürüdü, Qarabağda dahaacınacaqlı vəziyyət yarandı və bütün bu hadisələr 20 Yanvar qanlı faciəsinə qədərgətirib çıxartdı.

Azərbaycana qarşıhazırlanmış ziyalılar arasında parçalanma və regionlar arasında qarşıdurmayaratmaq, digər çirkin niyyətləri həyata keçirmək, son olaraq 20 Yanvar faciəsikimi Moskvanın çirkin planlarını yerinə yetirdikdən sonra milyonlarla insanın qəzəbindənqorxaraq hərbi təyyarə ilə Azərbaycandan qaçan Ə. Vəzirov sonda özününMoskvadakı ağalarına sığındı.

Etiraf etməliyik ki, odövrdə bütün proseslər kortəbii inkişaf edirdi. Dövlət müstəqilliyi və yaxudSSRI-dən ayrılmaq məsələləri inandırıcı görünmürdü.

İnsanları bir sualdüşündürürdü:

Dağlıq Qarabağa qarşıermənilərin əsassız iddialarının qarşısını necə almaq olar? Moskvanınimperialist siyasəti, Azərbaycan rəhbərliyinin Moskvanın göstərişlərini yerinəyetirməsi, xüsusilə mərkəzi sovet mətbuatının qərəzli informasiyaları Azərbaycanxalqının hiddətini anbaan artırırdı. Zavod və fabriklərdə işin ahəngi, ali məktəblərdətəhsil prosesi sürətlə pozulurdu. Çünki hamını narahat edən bu sonu görünməyənvəziyyətdən çıxış yolu axtarılırdı. Azərbaycan xalqı mütəşəkkil formada özmillimüqəddəratının müdafıəsinə qalxmışdı. 1989-cu ilin yazında Z.Balayan və A.Volskinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən SSRİ Ali Sovetinədeputatlığa namizəd verilməsinə etiraz əlaməti olaraq mitinq-nümayiş təşkiletmişdik. Həmin ərəfədə Bakıda fövqəladə vəziyyət elan edilmişdi. NümayişçilərDağlıq Qarabağda Xüsusi Idarəetmə Komitəsinin yaradılmasına, Azərbaycanxalqının açıq düşnıənləri olan bu iki şəxsin məhz Qarabağdan SSRİ Ali Sovetinədeputat seçilməsinə kəskin etiraz edirdilər. Milis qüvvələri bütün vasitələrdənistifadə etsələr də mitinqi poza bilmədilər. Mitinqdən sonra bir neçə nəfəri həbsedib indiki Yasamal rayonu ərazisindəki hərbi komendaturaya gətirdilər. ƏslənNaxçıvan və Qərbi Azərbaycandan' olanlara müxtəlif müddətə həbs cəzası veribdigərlərini sərbəst buraxdılar. O cümlədən mənə də 10 gün inzibati həbs verdilər.Bu yanaşma özlüyündə iki məqsəd daşıyırdı. Birincisi, ölkədə regionçuluqqarşıdurması yaratmaq, ikincisi Dağlıq Qarabağ məsələsi ilə bağlı xalqetirazına siyasi hakimiyyət damğası vurmaq. Hər iki variant Azərbaycan xalqınaqarşı qurulmuş təxribat idi. Bu hadisə və bizim həbsimiz həmin gün Azərbaycanınbütün mətbuat orqanlarında, eləcə də Moskvada mərkəzi televiziyanın"Vremya" əsas xəbər proqramında xüsusi olaraq elan edildi. Məqsəd Ə.Vəzirovun Moskvaya verdiyi məlumatın mətbuat vasitəsilə təsdiqi, yəni "təxribatçı"hərəkətlərin Heydər Əliyevin "adamları" tərəfindən süni surətdə təşkiledildiyini ictimaiyyətə çatdırmaq idi".

Həsən Zeynalovun Meydanhərəkatı zamanı göstərdiyi cəsarətli fəaliyyətə dair Azərbaycan RespublikasıMilli Məclisinin deputatı, fəlsəfə doktoru Fazil Mustafanın düşüncələri diqqətəlayiqdir:- "1988-ci ildə işlədiyi dövlət orqanında təzyiqlərə baxmayaraq Meydan hərəkatıprosesində gecə-gündüz iştirak edən, həm də orada mübarizə aparan insanlara hərtərəfliyardım göstərən Həsən Zeynalov üçün bir fikir həmişə ağrılı olub: "Kiminsənə etdiyimi bilməsi önəmli deyil, gücüm çatan səviyyədə faydalıolmalıyam". Xalq hərəkatının bütün proseslərində iştirak edən, rustanklarının vahiməsindən çəkinməyərək 20 Yanvar hadisələrində işğala və qətliamaqarşı etirazçılar izdihamının ön sıralarında olan Həsən bəy, ölkəmizin müstəqilliyəqovuşması uğrunda mübarizədə həyatını ən ciddi təhlükəyə atmaqdan çəkinməmişdir".

Həsən Zeynalov o dövrdədəbdə olan ifadə ilə desək, "ekstremist" kimi qazandığı ongünlük həbscəzasını çəkəndən sonra nahaqdan, qanunsuz həbs olunduğunu sübut etmək, belədemək mümkünsə, bəraət almaq məqsədilə hüquq-mühafızə orqanları ilə uzun zamanmübarizə aparmışdır. Onun Azərbaycan SSR-in Baş prokuroru İlyas İsmayılovaünvanladığı teleqram bu mənada olduqca əhəmiyyətlidir:

"Bakı 1/8365 25330/5 1748

Mən 10 aprel 1989-cuildə Bakı şəhər nıilis rəisi Kərimovun şəxsi təşəbbüsü ilə Oktyabr rayon daxiliişlər şöbəsinin milis polkovnik-leytenant Cavadovun qeyri-qanuni tərtib etdiyiprotokola əsasən nazir Məmmədovun qərarı ilə guya icazə verilməmiş mitinqlərdəiştirak etdiyimə görə 10 gün müddətinə həbs olunmuşam. Bu həbsin qeyri-qanuniolmasını işdə olan protokolu və raportu tutuşdurub ayırd etmək olar. Bunun üçünadi orta savad lazımdır. 30 may 1989-cu ildə ərizə ilə əlaqədar keçmiş şöbəmüdiri Vəliyevin qəbulunda oldum. O, əvvəlcə sənədlərlə tanış olandan sonrahaqlı olduğumu dedi və lakin heç bir kömək edə bilməyəcəyini söylədi. Ona görəki, Kərimov təzə kadr idi və vurulub yenidən vəzifəyə təyin olunanlardan idi,onun xətrinə dəymək olmazdı.

İkinci dəfə mən 1noyabr 1989-cu ildə Mərkəzi Komitəyə ərizə ilə müraciət etdim. Ərizə nəzarətqaydası ilə prokurorluğa göndərildiyindən bu dəfə yoxlama Plavski yoldaşatapşırıldı. Onun qəbulunda oldum, söz verdi ki, işə qanunla baxacaq və mənə dəqiqcavab verəcək. Ancaq bu günə kimi heç bir cavab almamışam. Mənə belə gəlir ki,KP MK prokurorluq qarşısında tam nüfuzdan düşüb, belə olmasaydı, heç olmazsa, ərizəyə7 ay müddətində cavab verərdiniz. Mənim işimdə Kərimovun şəxsi-qərəzliyini dəqiqləşdirməküçün ərizələrimi qaldırıb tanış olmağınızı xahiş edirəm. Teleqramdan heç nəbaşa düşməyəcəksiniz, sizin qəbulunuza düşmək üçün 3 il vaxt lazımdır. Əgərmümkün olsa, məni qəbul edin, onda mən sizə əlavə maraqlı və lazımlı faktlar gətirərəm.Cavabı qəbul otağında gözləyirəm.

Bakı şəhəri, 4-cümikrorayon,

Cəbiyev küçəsi, ev 5, mənzil34,

Zeynalov Həsən Sultanoğlu ".

Baş prokurorla görüşməyətəkid etməkdə, ümumiyyətlə, ongünlük həbs cəzasının əsassız olduğunu sübut etməkniyyətini Həsən Zeynalov belə izah edir: "Əlbəttə ki, mən bu bəraətiddiası ilə mübarizəni davam etdirərkən əmin idim ki, hüquq-mühafizə orqanlarıbirmənalı olaraq mənim iddiamı təmin etməyəcəklər. Lakin o dövrdə azad mətbuatvə elektron media imkanlarının indiki qədər geniş olmamasına baxmayaraq, atılanhər bir addım sürətlə ictimaiyyətə yayılırdı. Qeyd etməliyəm ki, qanunsuz həbslərdəməqsəd, ilk növbədə, Azərbaycan xalqı arasında regional parçalanma yaratmağaxidmət edirdi. Hakimiyyət qüvvələri, o cümlədən DTK-nın şayiə yayan mexanizmisovet ictimaiyyətini inandırmağa çalışırdı ki, xalqımıza qarşı bu düşmənçiliksiyasətinə etiraz edənlərin məhz Naxçıvan və Qərbi Azərbaycan əsilliinsanlardır. Təbii ki, bu iyrənc ssenarinin ideyasını verənlər əmin idilər ki,Azərbaycan xalqını bu cür bəsit metodlarla mübarizədən çəkindirmək mümkündeyil. Lakin həmin "ideoloqlar" zamanı udmaqla Azərbaycantorpaqlarını ermənilərin xeyrinə işğal etmək üçün var qüvvə ilə çalışırdılar vəbuna da nail oldular. Konkret olaraq mənim bəraət almaq tələbi ilə şikayətlərimisə yuxarıda qeyd olunan məsələlərə dair bütün təxribatları ifşa edirdi ".

Müəyyən qüvvələr

Həsən Zeynalovun və birqrup şəxsin həbsindən istifadə edərək Heydər Əliyevin ölkədə qazandığı nüfuzuazaltmaq, onu xalqın xilasedicisi kimi qəbul edildiyi məqamda baş verənlərin əslsəbəbkarı kimi göstərməyə çalışırdılar. Belə ki, həmin ərəfədə Moskvada bəzidairələr ölkədə baş verən qarşıdurmanın səbəbini Naxçıvan və Qərbi Azərbaycandanolan şəxslərin vasitəsilə Heydər Əliyevin yaratdığını iddia edir və ona müxtəlifformada təzyiqlər edirdilər. Lakin həqiqət hər kəsə məlum idi ki, HeydərƏliyevin baş verən bu proseslərin heç biri ilə əlaqəsi yox idi. Belə olan haldaonun ölkədə olan hər hansı bir qarşıdurmada təşkilatçılıq funksiyası yerinəyetirdiyini iddia etmək absurddur. Ancaq hazırlanmış xüsusi ssenari işləməliidi. Məhz onun üçün də Həsən Zeynalovun ongünlük həbsi bir anda"Vremya" proqramı vasitəsilə bütün dünyaya "sovet imperiyasınaqarşı üsyan edənlərin təşkilatçısının həbsi" kimi əsassız bir iddia ilə təqdimedildi. Həmçinin, bu hadisələrin naxçıvanlılar və qərbi azərbaycanlılar tərəfındənHeydər Əliyevin göstərişi ilə təşkil olunduğu bəyan edildi. Bu, Sovet hakimiyyətininHeydər Əliyev haqqında mənfi rəy yaratmaq üçün əlinə keçmiş fövtə verilməz fürsətidi. Yuxarıların təfərrüatlı şəkildə fıkirləşdiyi ssenarinin icra edilməsi üçünAzərbaycan SSR iqtidarında təmsil olunan Ə.Vəzirov da bunu ciddi mənada"fürsət" kimi dəyərləndirir. Təcridxanada müxtəlif vasitələrlə HəsənZeynalova fərqli imtiyazlar vəd edirlər. Ancaq bu vədlərin qarşılığında HəsənZeynalovdan təkid ilə imza atmasını tələb etdikləri vərəqədə bu cümlələr qeydedilmişdi. "Mən hesab edirdim ki, Heydər Əliyev təcrübəli adamdır. Ölkəmizidüşdüyü çətin vəziyyətdən xilas edə bilər. Ancaq başa düşdüm ki,yanılmışam". Lakin Həsən Zeynalovun Heydər Əliyev şəxsiyyətinə olan inamı,əminliyi və sədaqəti, bu cür alçaq təkliflərin altına imza atmağa imkan vermədi.Əksinə, Heydər Əliyevin vətənpərvərliyinə və xilaskar roluna olan inamını, onaolan sədaqətini daha da artırdı.

Həsən Zeynalovunqanunsuz həbsi ilə əlaqədar bəraət almaq üçün hüquqi müstəvidə apardığı mübarizəyəmünasibət göstərən məmurların davranışı bu həbsin əvvəlcədən düşünülmüş və qəsdəntəşkil edilmiş hədələyici bir addım olduğunu göstərir. Belə ki, ölkəninhüquq-mühafizə orqanları cidd-cəhdlə Həsən Zeynalovun hüquqlarını təmin etməkdənboyun qaçırır və dövlət orqanlarının qanunsuz fəaliyyətinə haqq qazandırırlar.Onun qanunsuz həbsi ilə bağlı verilən Azərbaycan SSR Prokurorluğunun cavab məktubunusizə təqdim edək:

"30.07.90 N-7-5812Vətəndaş H.S.Zeynalova Bakı şəhəri, 4-cü mikrorayon, Cəbiyev küç., ev 5, mən.34

Azərb. SSR ProkurorluğuSizin şikayətiniz üzrə 10 aprel 1989-cu il tarixində icazəsiz mitinqdə iştiraketdiyiniz üçün əsassız olaraq inzibati qaydada 10 sutka həbs olunmağınızıaraşdırıb.

Araşdırma zamanı Bakı şəhərİcraiyyə Komitəsinin Daxili İşlər İdarəsindən və Azərbaycan SSR Daxili İşlərNazirliyindən Sizin həbsinizlə əlaqəli bütün materiallar alınaraq öyrənilmişdir.Bundan başqa Bakı şəhər Oktyabr rayondaxili işlər şöbəsinin rəhbərliyindən və Sizin həbsinizdə iştirak etmişmilis işçilərindən izahat alınıb.

Toplanmış materiallarınaraşdırılması zamanı 10 aprel 1989-cu il tarixində icazəsiz mitinqdə iştiraketdiyinizə görə Sizin həbsinizə dair protokolda qeyd olunanların mübahisəsinə əsasmüəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla, Sizin inzibati qaydada həbsinizhaqqında qərardan şikayət üçün əsas yoxdur.

İdarə rəisinin vəzifəsiniicra edən kiçik ədliyyə müşaviri Q.B.Əliyev".

Yazının əvvəlini BURADAN oxuya bilərsiniz