adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Iyul 2017 16:59
11731
SİYASƏT

Həsən Ruhani İlham Əliyevi inauqurasiya mərasiminə dəvət etdi

İran Prezidenti Administrasiyası Azərbaycan prezidenti İlham Əliyevi ölkənin ikinci dəfə prezidenti seçilmiş Həsən Ruhaninin inauqurasiya mərasiminə dəvət edib. Bu barədə "İnterfaks-Azərbaycan” agrntliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib.

«Biz Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi dəvət göndərmişik. Azərbaycan prezident Ruhaninin inauqurasiya mərasimində yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, H.Ruhaninin inauqurasiyası avqustun 5-də baş tutacaq.