“Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır”
"Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bildiyiniz kimi, bir müddət əvvəl Beynəlxalq Bank məsələsində bunu gördük”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əflatun Amaşov deyib.
Parlament üzvü bildirib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyatı qurumlar tərəfindən nəzərə alınmır:
"Belə olsaydı, bu cür hallar hesabata daxil olunmazdı. Bu da məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar. Bunu etməsək, inanmıram ki, Hesablama Palatasının təklifləri, araşdırmaları öz faydasını verə bilsin”
Digər Xəbərlər
06 May 2024 11:46
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
05 May 2024 19:47"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08