adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 12:02
90
SİYASƏT
A- A+

Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası qəbul edildi 

Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.

Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində əksini tapıb. 

Qərara əsasən, Hesablama Palatasının 2025-ci ildə xərclər smetası eyni həcmdə olub.

Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.

Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.