adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Aprel 2014 11:52
5157
GÜNDƏM

Hesablama Palatası yenə mətbuatı qınadı

Hesablama Palatası Gənclər və İdmanNazirliyində korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbələrəmünasibət bildirib.

Adalet.az xəbər verir ki, HesablamaPalatsının bununla bağlı açıqlamasında bildirilir ki, bəzi informasiyaagentliklərində Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün fəaliyyətiilə bağlı hesabatına istinad edilərək dövlət büdcəsindən Gənclər və İdmanNazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçünnəzərdə tutulan vəsaitlərin istifadəsində korrupsiya hallarına yol verildiyiqeyd edilib: "Bununla əlaqədar bildiririk ki, dövlət büdcəsinin dövlət əsaslı vəsaitqoyuluşundan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə tikintisi2011-2013-cü illərdə başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinin auditizamanı korrupsiya faktlarına rast gəlinməyib.

Audit zamanı aşkar edilmiş nöqsanlaraudit gedişatında və auditdən sonrakı dövrdə tam aradan qaldırılıb.

Məlumatın birtərəfli qaydada verilməsivə konteksdən çıxarılaraq təhrif edilməsi Hesablama Palatası tərəfindən qərəzlimövqe kimi qiymətləndirilir”.