Hesablama Palatası 65 milyonluq maliyyə pozuntusu aşkarlayıb

Bu ilin birinci yarısında Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin 6 ayı üzrə fəaliyyətinə dair məlumatda bildirilib.
Bu məbləğin 17,8 milyon manatı birbaşa büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib. Qalan hissə digər növ pozuntularla əlaqəlidir.
Aşkarlanan pozuntular əsasən büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması, artıq xərclərə yol verilməsi və maliyyə hesabatlarında təhriflərlə bağlı olub.
Hesablama Palatası audit nəticələrinə uyğun olaraq aidiyyəti qurumlara tövsiyələr və təkliflər göndərib. Bununla yanaşı, bəzi hallarda pozuntuların aradan qaldırılması və vəsaitlərin bərpası istiqamətində tədbirlər görülüb.
Digər Xəbərlər

Tikinti materiallarını yola yığıblar

Evlər niyə bahalaşır?

Azərbaycan nefti bahalaşdı

Tarif Şurası sabit tariflə bağlı QƏRAR VERƏCƏK

Bu şəxslər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişdi

Azərbaycanda sabit aylıq tarif tətbiq ediləcək
