adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 May 2023 12:09
1356
AVTOMABİL

Hərəkətin təlükəsizliyi təmin edilir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları «20 Yanvar» dairəsində və «Şamaxinka» istiqamətində bir qayda olaraq hər gün hərəkətin təhlükəsizliyini təmin edirlər. Belə ki, səhər və axşam saatlarında bu istiqamətdə sıxlıq yarananda əməkdaşlar qısa zaman kəsiyində o sıxlığı aradan qaldırır və hərəkət axınının təhlükəsizliyini təmin edirlər. Eyni zamanda, «20 Yanvar» dairəsindəki dayanacaqlarda oranı zəbt edən və avtobusların hərəkətinə maneçilik törədən taksilər mütəmadi olaraq ordan uzaqlaşdırılır və avtobusların dayanacaqda sərnişin düşürməsinə və götürməsinə normal şərait yaradır.

Biz həmin ərazidə olarkən 5-ci tağımın əməkdaşı Hacıyev Elmir Rəhim oğlu və onun iş yoldaşları ilə görüşdük. Onlar «20 Yanvar» dairəsində avtomobil axınının çox olduğu vaxtda hərəkəti tənzimləyir, çətin vəziyyətdə olan piyadalara kömək göstərir və onlara təyin olunmuş yerlərdən keçməyi tövsiyə edirdilər. Təbii ki, bu piyadalar üçün daha əlverişlidir.

5-i tağımın komandiri, polis kapitanı Nurlan Əliyev bildirir ki, əməkdaşlarımız kobud qayda pozuntularına qarşı çox ciddi mübarizə aparırlar. Amma bu istiqamətdə ən çox «dayanma, durma» qaydalarının pozulması faktları aşkar olunur. Eyni zamanda, sürücülərə izah edilir ki, sıxlıq zamanı onlar səs siqnalından istifadə eləməsinlər və bir-birinə hörmətlə yanaşsınlar. Sürücü mədəniyyəti yüksək olanda istər-istəməz yol-nəqliyyat hadisələri də azalır və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilir. Ümumiyyətlə, səhər və axşam saatlarında xidmət apardığımız yollarda daha çox sıxlıq yaşanır. Biz həmin yerlərə əlavə naryadlar göndərir və mövcüd problemi qısa zamanda aradan qaldırır, hərəkətin təhlükəsizliyini və intensivliyini təmin edirik. Bir sözlə, xidmət apardığımız növbə ərzində ona çalışırıq ki, ağır qəzalar baş verməsin, ölüm və xəsarət alma halları olmasın. Bunun üçünsə yol polisi ilə yanaşı, sürücülər və hərəkət iştirakçıları da yol hərəkəti qaydalarına əməl etməlidirlər.

EMİN FAİQOĞLU