Hərbi xidmətə çağırılan diplomatlar müavinət ala biləcək
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.
Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib
Digər Xəbərlər
12 May 2026 20:25
“Euronews” Bakının WUF13-ə hazırlığından reportaj hazırladı - VİDEO
12 May 2026 20:00
Asan xidmət, yoxsa, çətin xidmət!
12 May 2026 19:14
Səhiyyə naziri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
12 May 2026 16:01


Bakı -°C

