“Hərbi qarşıdurma olsa, biz nə edəcəyik?” - Erməni politoloq həyəcan təbili çaldı
Ermənistanın qlobal istiqamətdə hər hansı strategiyası yoxdur.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə ekspert, politoloq Suren Sarkisyan deyib. Onun sözlərinə görə, Ermənistanda hazır planı olan bir dövlət qurumu belə mövcud deyil.
"Tutaq ki, ABŞ və İran arasında hərbi qarşıdurma olsa, biz nə edəcəyik?! 2017-ci ildən bəri milli təhlükəsizlik strategiyamız yoxdur. Bu gənc adamın (Baş nazir Nikol Paşinyanı nəzərdə tutur - red) son iki ildə nə etdiyi məlum deyil. O, bu vacib qurumun işini iflic etdi.
Məsələn, Pakistanın düşmənimiz olub-olmadığı məlum deyil. Pakistan xəritədə Ermənistan adında dövlətin olmadığını bildirən yeganə ölkədir", - Sarkisyan əlavə edib.
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32