adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Iyul 2020 09:56
35643
MƏMLƏKƏT

Hərbi jurnalistikanın durumu necədir? – MÜNASİBƏT

Bu gün Azərbaycan mətbuatının 145 yaşı tamam olur.İxtisaslaşmış medianın durumu bizdə necədir?

Məsələn, hərbi jurnalistika. Müharibə şəraitindəolduğumuzu nəzərə alsaq hərbi jurnalistikanınnə qədər həyati əhəmiyyət daşıdığını söyləməyə ehtiyac yoxdur.

Cəbhədə gərginlik zamanı bəzi jurnalistlərin hərbijurnalistikadan məlumatsızlığı həm dezinformasiyaların yayılmasına, həm də əleyhimizəişləyə bilir.

Hərbi jurnalistSəxavət Məmməd ixtisaslaşmanın çox zəif olduğunu bildirir. Hətta şou müxbirlərihərbi bilikləri olmamağına baxmayaraq cəbhə bölgəsinə göndərilir. Belədədezinformasiylar yayılır.

"145 illik jurnalistikamızın yüzlərlə problemləri var. Bunlardan ənbirincisi də ixtisaslaşmanın olmamasıdır. Azərbaycan mətbuatında ixtisaslaşmışçox az sayda jurnalist var. Azərbaycan müharibə şəraitində yaşayır, ancaqmüharibə, konflikt jurnalistikası demək olar ki, bir neçə nəfərin çiynindədayanıb. Bəzən elə bilirlər ki, döyüşlərin baş verdiyi əraziyə ancaq ürəklijurnalistlər getməlidir. Tamamilə yalnış fikirdir. Nəinki döyüşlərin baş verdiyiəraziyə, yanğın yerinə, sel basmış əraziyə də ixtisaslaşmış jurnalistlər getməlidir.Dünyada mitinqə ən təcrübəli, ixtisalaşmış jurnalisti göndərirlər, bizdə bu peşəyətəzə gələni. Rusiyada, Türkiyədə və ümumiyyətlə götürdükdə, dünyadaixtisaslaşmamış jurnalistləri müharibənin baş verdiyi yerə buraxmırlar. Məsələtəkcə yazmaqda, çəkməkdə deyil. Bu məsələdə ilk iş sağ qalmağı bacarmaqdır. Beynəlxalqkonvensiyalara görə əsirlər 3 kateqoriyaya ayrılır - hərbi, mülki və casuslar. Müharibəşəraitində işləyən jurnalistlər məhz casus kateqoriyasına aitdir və onlarla casuslarkimi davranırlar. Sual edirəm, Azərbaycanda hansı mətbu orqanda cəbhə bölgəsinəgedəcək jurnalistin hazır çantası var? Xaricdə döyüş bölgəsinə, yanğın yerinə, zəlzələbaş vermiş əraziyə kaskasız, zirehli gödəkçəsiz jurnalisti buraxmırlar. Hansıredaksiyada bu var? Heç birində!

Tovuzda baş verən döyüşlərə gələk. Orda ixtisaslaşmış neçəjurnalist görə bildiniz? Ümumiyyətlə, jurnalistlərin işləməsinə normal icazə verildi?Tovuzda baş verən döyüşləri işıqlandırmaq üçün hər sahədən yazan jurnalistiorda görə bildik. İdmandan, şou biznesə qədər. Yadıma gəlir, Xızı ərazisində hərbibaza partlamışdı. Partlayışlar davam edə-edə əraziyə girmişdim. Ərazidənçıxanda qarşıma bir neçə şou müxbiri çıxdı. Xahiş elədilər, hətta pul təklifetdilər ki, onlara şəkil verim, satım. Burda əsas günahı jurnalistdən daha çoxredaktorda görürəm. Adama deyərlər, şou muxbirini hansı ağılla göndərmisənpartlayış baş vermiş əraziyə? Hər sahənin spesifik xüsusiyyəti var. Hərgördüyünü, eşitdiyini, sosial şəbəkələrdə yazılanları xəbərə çevirən jurnalistdöyüş bölgəsində də gördüyünü, əminəm ki, görə bilməyəcək, daha çox eşitdiyinixəbərə çevirəcək. Bu isə saysız dezinformasiyaların yayılmasına səbəb olacaq.Bunun acısını hər dəfə çəkirik. Bir misal çəkim. Aprel döyüşləri vaxtı,yanğınsöndürən maşınlar cəbhəyə lap yaxın kəndlərə göndərilirdi. Məndən bir neçəmetr qarşıda bir jurnalist redaksiyasına zəng edib, xəbər veridi ki, ermənilərhansısa kəndi bombalayıb, evlər yanır, çoxlu sayda yanğınsöndürən maşın getdi.Elə onun yanında zəng edib, məsələni dəqiqləşdirdim, dedilər, bəs hər ehtimala,hər kəndə bir yanğınsöndürən göndəririk ki, yanğın baş verərsə, anında reaksiyaverə bilək. Utana-utana zəng edib, xəbəri sildirdi. Bu cür halların baş verməməsiüçün ixtisaslaşma şərtdir. İxtisas üçün ciddi kurslar təşkil edilməli, pul yeməküçün layihələr yox, son dərəcə ciddi kruslar təşkil edilməli və ixtisaslaşmışjurnalistlərin işləməsi üçün də şərait yaradılmalıdır. Yoxsa, hər hadisədənsonra eyni şeyləri müzakirə etməli olacağıq...”

Hərbi jurnalist,blogger Elgün Gəncimsoy hesabedir ki, hərbi jurnalist ilk növbədə əsgər, vətəndaş olmağı bacarmalıdır.

"İxtisaslaşmışsahələrdə çatışmazlıq var. Müharibə vəziyyətində olduğumuzu da nəzərə alsaq hərbijurnalistikada vəziyyət qənaətbəxş deyil. Həm baza baxımından, həm də kadr baxımdan.Sosial şəbəkələr, internet media hazırda daha çox oxunur. Ona görə də bu sahədə bloggerlik, sosial fəaliyyətönəmlidir. Burada barmaqla sayıla biləcəkadları qeyd etmək olar. Misalçün, qeyd etmək olar Tofiq Şahmuradovu, RəşadSüleymanovu, Anar Şuşalını və adını indi çəkmədiyim digərləri. Onlar sosialmediada da dezinformasiyaların qarşısını alır, həqiqətləri xalqa çatdırır. Busahədə təlimlər görmək gərəkdir ki, bizə də an yaxın olan təlim mərkəzləriTürkiyədə idi. "Anadolu agentliyi”nin yaratdığı `savaş muhabirliyi` var idi.

Çox şükür ki, bizdə hazırda istər bazabaxımdan, istər keyfiyyətli təlimlər baxımdan fərqlənən konflikt jurnalistikasıməktəbi var. 9 ay təlim keçirlər. Burda təlim alanlar mediada çalışanlar,jurnalistikanın son kursunda oxuyanlardır. Amma müraciət edənlər azdır. Ya da təlimkeçənlərin hərbi bilikləri azlıq təşkil edir. Hərbi strategiyaları, rütbələri,hansı rütbəlilərin nəyə cavabdeh olduğunu, döyüş gedən bölgələri yaxşıtanımalısan. İstər düşmən tərəfdən, istər Azərbaycan tərəfdən.Dezinformasiyaları müyyənləşdirməyi bacarmılasan.

Televiziyalarıncəbhə müxbirlərinin fəaliyyətini xüsusi qiymətləndirərdim. Onların bir çoxu on ildən çoxdur ki, Qarabağbölgəsində fəaliyyət göstərir. Informasiyalarda nəyin nə olduğunu bilir.Misalçün, bu sıradan Habil Aslanoğlunu,Teymur Zahidoğlunu, Şöhrət Eyvazovu,Şamxal Adıgözəlovu qeyd etmək olar.

Hərbijurnalistika elə bir şeydir ki, burda jurnalistikanın bəzi qaydalarınıpozmalısan. Məsələn, mən Suriyada reportaj hazırlayıramsa, bir ərəb digər ərəbirusun silahı ilə öldürürsə bunun mənə aididyyatı yoxdur, gördüyümü yazıb, çəkməliyəm.Mən bu mövzunu Azərbaycanda tətbiq edə bilmərəm. Hərbi jurnalist azərbaycançılıq,vətəndaş mövqeyi ilə yanaşmalıdır. Düşmən necə bizə qarşı təxribat aparırsa,biz də onlara qarşı hərbi jurnalistikada savaşmalıyıq. Bu xarakter bir çoxundayoxdur.

Məsələn, mediadabir ingilis kursunu, təlimini keçmiş birinin beyni elə yuyulur ki, azərbaycanlınınəleyhinə material yaya bilir. Ümid edirəm daha peşəkar jurnalistlər yetişəcək vəMüdafiə Nazirliyinin mətbuat xidmətini tək qoymayacaqlar. Hərbi jurnalist ilknövbədə vətəndaş, əsgər olmalıdır, sonra jurnalist. Əksi olsa biz bu sahədəuducacağıq. "


Emin Piri