Hərbi helikopter qəzaya uğradı: 12 ölü
Yəməndə Səudiyyə Ərəbistanına aid "Blək Hak” hərbi helikopterinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.
Helikopter Yəmənin Mariv bölgəsində idarəetməni itirib.
Ölənlərdən 4-nün gizir, 8-nin isə zabit olduğu bildirilib. Qəzanın səbəbləri hələlik məlum deyil.