Hərbi çevrilişdə ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısının alınmasında 90 nəfər həyatını itirib.
Adalet.az "Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1154 nəfər yaralanıb.
***
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.
Adalet.az-ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ankara Baş Prokurorluğu bildirib.
***
06:34
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində Ankarada 42 nəfər həyatını itirib.
APA-nın məlumatına görə, bu barədə Ankara Gölbaşı rayonu Prokurorluğu açıqlayıb.
Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.