adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Aprel 2019 15:52
15536
DÜNYA

HƏRBÇİLƏR DÖVLƏT ÇEVRİLİŞİ ETDİ

Sudan ordusu ölkədəhərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri vəzifəsindən kənarlaşdıraraqhökuməti istefaya göndərmək qərarını qəbul edib. Bu barədə ölkənin əl-Mayadeen telekanalı xəbər verib.Bir qrup zabit dövlət televiziyasının binasına daxil olaraq "mühüm bəyanatla" çıxış etməyəhazırlaşır.

Sudan SilahlıQüvvələrinin keçid dövründə ölkənin təxminən bir il müddətinə idarə olunması üçün Hərbi Şuranın yaradılmasını elan edəcəyigözlənilir.

Əl-Hadattelekanalının məlumatına görə, prezident qvardiyasının rəhbəri, eynizamanda keçmiş müdafiə naziri AbdelRahim Məhəmməd Hüseyn, iqtidar Milli Konqres Partiyasının lideri Əhməd Harun vəSudanın keçmiş vitse-prezidenti Əli Osman Taha həbs edilib.

Prezident əl-Bəşirinsonrakı taleyi haqqında məlumatlar isə ziddiyyətlidi. Yerli özəl televiziyakanalı Əl-Məşhədin sözlərinə görə, o, ölkəni tərk edib. Digər mənbələrə görə isəo, ev dustağıdır. Reuters agentliyi isə hökumət mənbələrinə istinadənprezidentin vəzifəsindən istefa etdiyini bildirib.

Bu arada Xartumküçələrinə minlərlə insan axın edib. Əsas kütlə ordu baş komandanlığının qərargahıqarşısında cəmlənib. 6 nəfərin həlak olduğu hökumət əleyhinə etirazaksiyaları aprelin 6-dək davam edib.Paytaxt küçələrində əlavə ordu bölmələri və zirehli texnika yerləşdirilib.Polis küçələrdən yoxa çıxıb. Xartum Beynəlxalq Hava Limanı isə bağlanıb.

Sudanda dekabrayından kütləvi etirazlar səngimək bilmir. Ölkədə yanacaq, çörək və unun qiymətinin qalxması,digər qida məhsullarının kəskin qıtlığına qarşı başlayan kütləvi iğtişaşlar tədricənsiysi rejimin dəyişilməsi ilə bağlı şüarlara keçib.

Fevralın 23-da əl-Bəşirmərkəzi hökuməti buraxıb, bütün əyalətlərin rəhbərlərini istefaya göndərmişdi.Ölkənin ağır iqtisadi böhrandan çıxarılması və təcili tədbirlərin görülməsiüçün bir il müddətinə fövqəladə vəziyyət elan etmişdi. Parlament sonradan fövqəladəvəziyyətin müddətini altı aya endirmişdi.

Həmkarlar İttifaqlarıprezidentin müxalifətlə dialoqa başlama təşəbbüsünü, bu tədbirlərin məhdud vənatamam olduğunu əsas gətirərək rədd edib. Onlar əl-Bəşirin istefasını tələbetməklə yanaşı, hakimiyyətin keçid hökumətinəverilməsini tələb ediblər.

MehribanCƏFƏROVA