adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyun 2022 14:59
975
MARAQLI

Hər uşaq bir az dahi və hər dahi bir az uşaqdır...

Hər şey uşaqlığımızdan başlayır. Uşaqlıq illəri hər kəsin həssas və kövrək mövzusudur. Uşaqlıq haqqında o qədər bədii əsərlər, rəsmlər və filmlər var ki, bitib tükənmir. Azərbayacan kino tarixində də “Uşaqlığın son gecəsi”, “Asif, Vasif, Ağasif” adlı çox uğurlu filmlərimiz var.

Qanunlaİnsan hüquqları qanunu 18 yaşdan aşağı olan hər bir insanı uşaq kimi müəyyən edir. 2005-ci ildə YUNİSEF dünyadakı uşaqların ümumi sayının 2,2 milyard olduğunu hesablamışdır. Avropadakı uşaqların sayının bu rəqəmin 1/10-ə bərabər olduğu – təxminən 200 milyon – ehtimal edilir.

Uşaqlar da insandır, buna görə də onların da böyüklər kimi eyni insan hüquqları vardır. Lakin uşaqlar xüsusi qayğı və yardıma ehtiyacı olan biriləri kimi tanınırlar və bu səbəbdən onların "öz şəxsi" insan hüquqları üzrə sazişi - Uşaq Hüquqları Konvensiyası (UHK) vardır.

Uşaq Hüquqları Konvensiyası1989-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş və 1990-cı ilin 2 sentyabr tarixində qüvvəyə minib. Onu qəbul etmiş ölkələrdə 18 yaşdan aşağı olan bütün uşaqlar üçün tətbiq edilir. Demək olar ki, bütün ölkələr bu sənədi qəbul edib. Yalnız Amerika Birləşmiş Ştatları və Somali dövləti bu Konvensiyanı qəbul etməyib.

İndi isə uşaqlar haqqında bir sıra bəzi maraqlı faktlaıı sizin nəzərinizə çatdırmaq istərdim. Müxtəlif zamanlarda aparılmış araşdırmalara görə orta hesabla uşaqlar gün ərzində 400 dəfə gülürlər. Təxminən 1-3 aylıq körpələr ağlayarkən gözlərindən yaş gəlmir. Hər bir 6-7 aylıq körpə eyni zamanda həm nəfəs ala, həm də udquna bilir. Böyüklər bunu edə bilmirlər. Planetimizdə ən çox kürən uşaqlar Şotlandiyada dünyaya göz açır. Oğlan uşaqları əsasən gündüz, qızlar isə gecə saatlarında dünyaya gəlirlər. Biryumurtalı əkizlərin barmaq izləri tam fərqlidir. Bütün uşaqlar dünyaya gələrkən daltonik olurlar. Yəni onlar yalnız ağ və qara rəngi seçə bilirlər. Qeyri-adi ad verilən oğlan uşaqlarının gələcəkdə psixoloji problemlərlə üzləşmə ehtimalı 50 faizdir. Qızlarda isə belə bir asılılığa rast gəlinməyib.

Hər zaman uşaqlar – gələcəyimizdir deyirik. Mütləq şəkildə çalışmalıyıq ki, uşaqlara yetərincə sevgi verək ki, gələcəyimiz də sevgi və gözəllik içində bizi gözləsin. Hər birinizə uşaq paklığı qədər paklıq və uşaq sevinci qədər sevinc arzu edirəm.

HAZIRLADI : BÜNYAMİN BÜNYADZADƏ