adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2020 10:18
35614
ƏDƏBİYYAT

“Hər kəsin öz eşqi” - Gülbala Dadaş yazır

Mənə çox kitab hədiyyə olunur,xasiyyətimə uyğun kitabları sevə-sevə oxuyuram. Ən çox kitab hədiyyəaldığım şəxslərdən biri də Fərid Hüseyndir. Fəridin rəhbəri və redaktoru olduğu"EŞQ" kitab seriyasından çap olunmuş kitabların, bəlkə də, hamısıməndə var. Sözümün canı "Eşq" seriyası deyil, "Hər kəsin özeşqi" kitabıdır.

"Kaspi nəşrləri"seriyasında 2017-ci ildə çap olunmuş kitabdan danışacağam. 15 yerli ikitürkiyəli, bir serbiyalı olmaqla, 18 kişi yazarın eşqini dindirib müəllif. Yəni,həmin şairlərin ömür-gün yoldaşlarından müsahibə alıb. Haqqında danışdığışairlərin müxtəlif illərdə, fərqli-fərqli yerlərdə, başqa-başqa adamlarla vəailələri ilə çəkdirdikləri fotolarını da kitaba daxil edib. Müsahibələrlə bağlıxeyli qeydlər etmişəm, onları oxucularla bölüşəcəyəm.

Əli Kərimin o dövrün gənc yazarlarında biri haqqında "İntellekt və poeziya" adlı məqalə yazıb. Həyat yoldaşı Elza xanım həmin yazını oxuyub deyib: bucavan oğlanı elə tərifləmisən, elə bil, səndən yaxşı yazır. Mərhum şairimizövladlarının anasına sərt-sərt baxıb və deyib: "O nə sözdü?! Cavanlar məndənyaxşı yaza bilməz?! Həyat davam edir, bizdən sonrakılar bizdən yaxşıyazmalıdırlar. Ruhu şad olsun!”

"Sevgili" daha doğmasözdür... – Nüşabə xanım V.Səmədoğlunun haqqında elə bil rahat danışa bilmir,sanki qəhər boğur onu. Növbəti müsahib xanım deyir: "Mən onunmənəvi dünyasından ayrıla bilmirəm". Müsahib Vaqif Bayatlı Odərin vəfalısıTamam Bayatlıdır...

Fikrət Sadığın ömür-günyoldaşı Sevil xanım bütün suallara hər kəsin başa düşəcəyi şəkildə qısa vəsəliqəli cavablar verib. Hətta vaxtsız dünyasını dəyişən oğulları barəsindədanışanda dərdlərinə ağlayaraq deyil, düşünərək şərik olur adam.

"Allahla belə danışmaqolar"? - sualı öz-özünə verən Fikrət Qocanın dəyərlisi Raya xanımdır. "Onsuz da, mən itirdiyimiitirmişəm"... cümləsini Nüsrət Kəsəmənlinin baş tacı Rahilə xanımKəsəmənli deyir.

"Onun haqqında dediklərimtərif deyil" - deyir bu xanım. Mənsə bunu tərif kimi qəbul edirəm.Çünki Sabir Rüstəmxanlı tərifə layiq kişilərdəndi.



"4000 manatlıqarzu"... – Bu arzu Adil Mirseyidi uca tutan xanımı Nüşabə xanımınarzusudur. Ağdaş musiqi məktəbindəki muzeydə Ağdaş ziyalılarının büstlərininyanına A.Mirseyidin də büstünü qoydurmaq istəyir.

"Evdə ağlamağıyığışdırmışam" – Mərhum şair Fərhad Metenin yadigarlarının anası Hicranxanım danışıb...

"Qoy hər şey onunarzuladığı kimi olsun” – şair Qismət Rüstəmovun həyat yoldaşı İlahə xanımdeyib...

"Onunla bərabər qəlbimi,ruhumu itirdim"... – Bütün dünyada yazıçı kimi tanınan şair MiloradPaviçin xanımı Yasmina Mixayloviç dilə gətirib.

Biket İlhan həyatlarındaolanlardan bir nəçə əhvalat "Hər kəsin öz eşqi"nə həkk olunub, kədəriçox, sevinci az...

Fərid Hüseyn bu kitabda yalnızdünyasını dəyişmiş şairlərin xanımlarından müsahibə almayıb, həm də yaşayanşairlərin vəfalıları ilə danışıb. "Hər kəsin öz eşqi" kitabının nəboyda zəhmətlə başa gəldiyini bilir və ona uğurlar arzulayıram...