adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Fevral 2017 17:12
8802
MƏMLƏKƏT

Həqiqətin bir üzü var

Zəngin tarixə,milli-mədəni müxtəlifliyə, gözəl təbiətə malik olan İsmayıllının son illərdəkiinkişafı bir gənc olaraq məni ürəkdən sevindirir, qəlbimi fərəh hissi ilədoldurur. Rayonmuzda insanların sosial həyatı dəyişdikcə, inkişaf etdikcədüşüncələrdə də yeniləşmə, inkişaf, ayıqlıq baş verir, yaxşını pisdən, haqqınahaqdan ayırmaq bacarığı formalaşır, insanların bəsirət gözü açılır. Ümidsizlik,sabaha inamsızlıq mifi yaratmaq istəyənlərin əlləri boşa çıxır.

Bax, elə son hadisələr, xalqımız üçünböyük əhəmiyyət daşıyan məsələlərə diqqət yetirsək bunu aydın görmüş olarıq. Ötənilin avqust ayının 10-da cənab Prezident İsmayıllıya növbəti səfərini etdi.Rayon ictimaiyyəti ilə səmimi görüş keçirdi. İsmayıllıda aparılan tikinti,abadlıq, quruculuq, kənd təsərrüfatı sahələrində əldə olunmuş naliyyətlərdən məmnunolduğunu ifadə etdi. Velosiped zavodunun, 140 yerlik uşaq baxçası-körpələrevinin, Göyçay çayı üzərində inşa edilən 2-ci su elektrik stansiyasının,İsmayıllı-Qaraməryəm yolunun, təmir və yenidən qurmadan sonra İsmayıllıOlimpiya İdman Kompleksinin açılışlarını etdi və CənabPrezident: "Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünün yaşayır” ifadələrinidiqqətə çatırdı. Bu söz doğma Azərbaycanını, vətənini, elini, obasını sevən hər bir insan üçün sevindiricihal idi.

Hazırda İsmayıllıda yüksək təhsil ənənələrimövcudur. Bu ali məktəblərə qəbulda, fənn olimpiadalarının respublika turunda, müxtəlifbilik yarışmalarında, müsabiqələrdə bir daha özünü göstərir. Gənclərimiz bilikləri,intellektual səviyyələri ilə fərqlənirlər. Gənc müəllimlərimizin müxtəlif layihələrdə,beynalxalq əlaqələrin yaradılmasında iştirakı günün realığıdır.

Ötən il rayonmuz üzrə sənayedə 17,5 faiz,tikintidə 7,7 faiz, nəqliyyatda 4,9 faiz, ticarət xidmətində 12,7 faiz artımolmuşdur. Taxıl üzüm, tərəvəz, meyvə, tütün, kartof və s kənd təsərrüfatı məhsullarınınistehsalında uğurlu nəticələr əldə edilmişdir. Rayonun bir sıra xarici ölkələrləTürkiyə,Yaponiya, Fransa, Ukraniya, Belarus, Latviya ilə dostluq əlaqələri bizgəncləri ürəkdən sevindirir. Rayonda səhiyyə xidməti günbəgün yaxşılaşır.Turizmin inkişafı üçün müxtəlif layihələrin icrasına başlanılır. İsmayıllıidmançıların naliyyətləri ildən ilə artır. Rayonda elm adamlarına, görkəmlidövlət xadimlərinə, yazıçı, şair və publisistlərə, əmək və müharibə qəhrəmanlarınayüksək qiymət verilir. Onların yubileyləri, xatirə gecələri qeyd olunur.

Bir sözlə, İsmayıllıda həyat qaynayır,işgüzarlıq mühiti hökm sürür. Gənclərin potensialarından düzgün istifadəyə diqqətartırılır. Rayon dövlət qanunları, elmi əsaslarla idarə olunur. İsmaylıllıda təmizvə şəffaf mühit formalaşıb.

Amma, təəssüf və çox təəssüf ki, bu işlərəkölgə salmaq, qara yaxmaq istəyən sapı özümüzdən olan paltalar da var. Onlaraüzümü tutub deyirəm ki, həqiqəti görmək lazımdır. Kiminsə dərmanına su tökməklənəyəsə nail ola bilməyəcəksiniz. Çünki həqiqətin bir üzü, yalanın, böhtanın isəmin üzü var. "Yalan ayaq tutar yeriməz” deyiblər. Gəlin birgə olaq, ölkəmizin, onun bir parçası olan doğma İsmayıllımızıninkişafına, yüksəlişinə dəstək duraq, kömək edək. Bu bizim də həyatımızı gözələşdirər.


Şəhla Kərimova

İsmayıllı gənci