adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Dekabr 2016 00:11
8127
MƏMLƏKƏT

Həmrəyliyimiz...

31 dekabrAzərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdəyaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylikyaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çoxölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Bu gün Azərbaycan diasporu üçünən mühüm bayrama çevrilib. İlin son günü hətta milliyyətcə azərbaycanlıolmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspornümayəndələri də qeyd edirlər. Azərbaycanlıların yaşadıqları, fəaliyyətgöstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünüyüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycandiaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və buayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halındabirləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüməhəmiyyət kəsb edir. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağıolan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyüktöhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedənmüxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlılarınbir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış,bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərkedərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklədə, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada,Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə,Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır.Hazırda dünyanın əksər ölkələrində 400-dən çox diaspor təşkilatı üçrənglibayrağımız altında uğurla fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xariciölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurlagedir. "Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəlifəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər ƏliyevFondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr,həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyayaçatdırılmasında mühüm rol oynayır....Bu tendensiya Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir.2010-cu ilin noyabrında Dünya Azərbaycanlı Gəncləri Almaniyanın Frankfurtşəhərində bir araya gələrək özlərinin 1-ci konqresini keçirdilər. Prezidentİlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğunolaraq Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyininkeçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatınınrəhbəri iştirak etdi. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərindiaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığınınartırılması yönündə daha bir mühüm addım oldu.


SSRİ- son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhədyürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaşbacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, otaylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşməkşüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir dahacanlandırdı.
Həmrəylik günü bu birləşməkistəyinin simvolik nişanıdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbiilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdəolduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlərhəyata keçirilmiş, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilmiş, xaricdəyaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, millidiaspor təşkilatlarının yaradılmasına başlanılmışdır. Ulu öndərazərbaycanlıların həmrəyliyinin həm ölkəmiz, həm də xaricdə yaşayansoydaşlarımız üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayaraq demişdir:"Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdənbiridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eynizamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar.Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütünbaşqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmətetməlidir”

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrınaxırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanıqoyuldu. Şimali və Cənubi Azərbaycanarasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqlarınKonfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeydolunmasına qərar verdi.

Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxtNaxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevintəşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bərihəsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttinimüəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasındaideoloji bütövləşmənin təməli qoyuldu.

2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının Iqurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarınınmütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultaydaulu öndərin böyük iftixarla söylədiyi bir kəlam isə dilllər əzbərinə döndü... AzərbaycanPrezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə YaşayanAzərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın27-də "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini dahada gücləndirdi. Ulu öndərimiz xaricə səfərləri zamanı proqramının zənginliyinə,iş gününün gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayanhəmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onlara tövsiyyələriniverirdi... Hazırda Prezident İlhamƏliyev də ulu öndərin bu estafetini də uğurla davam etdirir.

Dövlət başçısının 8 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraqhəmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının 2-ci qurultayıkeçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordanlobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıdakeçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumuisə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, AzərbaycanPrezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimitarixə düşdü...Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da XariciÖlkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasındaDiasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı.2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının ƏlaqələndiməŞurasının toplantısında "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbuledildi.

2011-ci iliyulun 5-də isə Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirildi.Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ciildönümü ilə bağlı imzaladığı 21 yanvar 2011-ci il tarixli Sərəncamına uyqunolaraq keçirilən Dünya Azərbaycanlılarının 3-cü qurultayı dünyanın müxtəlif ölkələrindənyüzlərlə həmvətənimizi Azərbaycan paytaxtında bir araya gəldi. Və nəhayətbu ilin 3-4 iyun tarixində keçirilən Dünya azərbaycanlılarının IV qurultayı Xaricdə yaşayan azərbaycanlılarınmüstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi,dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habeləAzərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi vəəlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbiroldu.