HƏMAS ABŞ ilə dialoqa hazır olduğunu açıqlayıb
Fələstinin HƏMAS hərəkatı ABŞ hakimiyyəti ilə dialoq aparmağa hazırdır.
Adalet.az xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk “Al Arabiya” telekanalına bildirib.
"Biz ABŞ ilə dialoqa hazırıq. ABŞ Prezidenti Donald Tramp ciddi prezidentdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff olmasaydı, Qəzza razılaşması əldə olunmazdı.
"HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa bütün tərəflərlə dialoqa açıq olmaqdır", - Əbu Mərzuk vurğulayıb.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

