Hələbdə erməninin ölməsi, ABŞ-dakı "erməni ürəyi"ni hərəkətə keçirdi:EXC-nin bəyanatı
Xəbər verdiyimiz kimi, Suriyada üsyançılar Əsəd rejiminin nəzarətində olan Hələb şəhərini ələ keçirib.Hələbdə nəzarəti tam ələ keçirən müxalif Suriya Milli Ordusu (SMO) "Azadlıq Şəfəqi" əməliyyatınını davam etdirirlər.
Hələbdə baş verənbu toqquşmalarda təsadüfən bir erməni də ölüb.
Erməni mediası yazır ki, ixtisasca həkim, 1958-ci il təvəllüdlü Yervand Arslanyan Hələbdən çıxarkən snayper gülləsindən ölüb.
O, Həma xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Adalet.az xəbər verir ki, bu məlumatdan hədsiz təsirlənən “Erməni Xaç Cəmiyyəti” adlandırılan (Ermənilərə Yardım Cəmiyyəti ) bəyanat verib. Bəyanatda bildirilir ki, Hələb ermənilərinə dəstək verməyə hazırıq:” EXC-nin böyük ailəsi adından biz Hələb ermənilərini dəstəkləməyə hazır olduğumuzu bildiririk, bütün erməni ictimaiyyətinin Hələbdəki erməni bacı və qardaşlarımızı dəstəkləmək üçün eyni istəyi nümayiş etdirəcəyinə qəti inanırıq. EXC-nin ürəyi Hələb ermənilərinə çatır”.
Qeyd edək ki, Ermənilərə Yardım Cəmiyyəti , müstəqil xeyriyyə təşkilatıdır. 1910-cu ildən fəaliyyət göstərir. Qərargahı ABŞ-dadır. Fransa , Yunanıstan , İraq , Misir , Bolqarıstan , İran , Rumıniya , Suriya , Livan filialları təşkilatın Amerika mərkəzi ətrafında birləşib . Təşkilatın vəsaiti ilə erməni məktəbləri, ruhani seminariyalar, səhiyyə ocaqları və s. İkinci Dünya Müharibəsi illərində ( 1939-45 ) filiallar beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq edirdi. 1946-cı ildə təşkilat Ermənilərə Yardım Cəmiyyəti adlandırıldı. 1960-cı illərdən başlayaraq diasporun sosial-iqtisadi özünütəsdiqi şəraitində Ermənilərə Yardım Cəmiyyətinin əsas vəzifəsi erməni ümumtəhsil və birgünlük məktəblərin yaradılmasıdır. 1980-ci illərin ortalarında o, müxtəlif ölkələrdə 90-a yaxın erməni orta məktəbinin maliyyələşdirilməsində iştirak edib, 70-dən çox birgünlük məktəbə sponsorluq edib. Ermənilərə Yardım Cəmiyyəti hər il erməni tələbə və şagirdlərə 3000 təqaüd verir. Gerbində "erməni ürəyinin canlandıran birliyin rəsmi qəzetinin “Erməni ürəyi” dir . Ermənilərə Yardım Cəmiyyəti 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən zərər çəkmiş Ermənistana yardım göstərir. 1990-cı ildən Ermənistanın müxtəlif şəhərlərində öz filiallarını təşkil edib .
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Mart 2026 13:00
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
21 Mart 2026 10:43
Oğlu və nəvəsi məzarı başında... - FOTO
20 Mart 2026 22:00
Leyla Əliyevadan Ramazan paylaşımı - VİDEO
20 Mart 2026 18:14
Mehriban Əliyevadan xalqa Novruz təbriki
20 Mart 2026 15:00
Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək
20 Mart 2026 14:04
Qazaxıstan AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizaları əldə edib
20 Mart 2026 12:59
İrandan Azərbaycana təxliyə edilənlərin sayı məlum oldu
20 Mart 2026 09:52


Bakı -°C

