Həkimlər nəyi reklam edə bilməz? - Nazirlik qaydaları bir daha xatırlatdı
"Həkimlər öz vəzifələrindən digər şəxslərin və ya qurumların maraqlarını təbliğ etmək üçün istifadə etməməlidir".
Adalet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində deyib.
Həkimlərin reklam fəaliyyəti ilə bağlı mühüm qanuni və etik normaları açıqlayan T.Həsənova bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə əsasən, icazəsiz müalicə, profilaktika, diaqnostika və ya reabilitasiya metodlarının reklamı qadağandır. Bu qaydanın pozulmasına görə vəzifəli şəxslər 300-500 manat, hüquqi şəxslər isə 1000-2000 manat cərimə edilə bilər.
“Reklam haqqında” Qanuna görə, reklam istehlakçıların diqqətini cəlb etmək və məhsulun satışını artırmaq məqsədini daşıyır. Lakin “Dərman vasitələri haqqında” Qanuna əsasən, Azərbaycanda yalnız reseptsiz dərmanlar və icazə verilmiş tibbi metodlar reklam oluna bilər.
Səhiyyə Nazirinin 2011-ci il tarixli Əmrinə əsasən, həkimlər elmi çıxışlarında və mediada yalnız etik qaydalara riayət etməli, reklam və ya qeyri-sağlam rəqabət elementlərindən çəkinməlidirlər. T.Həsənova vurğulayıb ki, həkimlərin əsas vəzifəsi xəstələrin sağlamlığını qorumaqdır, reklam alətinə çevrilmək yox.
Digər Xəbərlər
16 Sentyabr 2026 19:00
Bilik günü Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı
16 Sentyabr 2026 17:44
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
16 Sentyabr 2026 17:10
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 16:57
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
16 Sentyabr 2026 16:37
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 16:06
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
16 Sentyabr 2026 16:03
Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM
16 Sentyabr 2026 15:05


Bakı -°C

