adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Fevral 2020 11:41
94139
MÜSAHİBƏ

Həkim məsləhəti: Meyvə ye: A, B, C, E... - Müsahibə

Qış bərabərində gətirdiyi xəstəliklərlə insan vücudunda bir sıra problemlər yaradır.Belə olanda isə iynəsiz-dərmansız keçinməkmümkün olmur. Cünki bu mövsümündə havalar soyuq keçdiyi üçün insanlar ictimaiyerlərdə və qapalı məkanlarda çox vaxt keçirir. Bu isə infeksiyaların daha sürətləvə asan yayılmasına şərait yaradır.Xüsusəndəsoyuqdəymə, qrip, badamcıq və qulaq infeksiyaları kimi xəstəliklərdaha yayğın olur. Nəticədə həyat keyfiyyətini aşağı salan, insanı həm ictimai həyatdan,həm də işindən saxlayan xəstəliklərə təslim oluruq. Bu zaman immunitetimizinmöhkəmləndirilməsinin qayğısına qalmaqyadımıza düşür. Həmsöhbətim Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasınınhəkim-terapevti Xumar Novruzova da hərkəsə xəstəliyə tez-tez tutulmamaq üçün mütəmadi olaraq təbii və qurudulmuş meyvələrdən istifadə etməyi məsləhətgördü: "İmmun sistemini gücləndirmək üçün mövsümün meyvələrindənnaringi, portağal, qreypfrut, alma, kivi, armud, banan və sairlərdən çoxyeyilməlidir-deyə vurğuladı.

-Xumar xanım, subtropik meyvələrdən hansını daha coxvitamin deposu hesab etmək olar?

-Portağal, naringi, qreypfrutun tərkibində bolluca A, C və Evitamini, karbohidrat, kalium, fol turşusu və bioflavin var. Naringi tərkibindəolan antioksidanlarla damarları, xüsusən də kapilyarları gücləndirir. Naringisuyu ürəyin zərər görməsinin qarşısını alır və bədəndə olan əzik nahiyələrinsağalmasına kömək edir. Qış mövsümündə ən çox yeyilən bu meyvə tərkibindəki folturşusu, lifləri sayəsində öskürəyi və xolestrolu azaldır. Bağırsaq parazitlərinintökülməsi üçün xeyirlidir. Orqanizmin müdafiə və bərpa funksiyalarını gücləndirənkivini də unutmayaq. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibindəkalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyigininormallaşdırır. Bundan əlavə bu giləmeyvə damarların və kapilyarlarındivarlarını möhkəmləndirir və damarlarda trombların əmələ gəlməsinə mane olur,orqanizmi ziyanlı xolesterindən azad edir.



-Hazırda market və bazarlarda ən çox alınan və tükədilənmeyvələrdən biri də banandır! Bu meyvənin hansı faydalı xüsusiyyətləri var?

- Banan uşaqların sağlam inkişafı üçün faydalıdır. Sümükmöhkəmlənməsinə kömək etdiyi üçün uşaqların çox yeməsi məsləhətdir. B1, B2, C, A və E vitaminləri ilə zəngin olan bananıntərkibində dəmir, kalium, natrium, yod da var. Əsəblərin sakitləşməsində dəfaydalı olan bananı həddən çox yeyilməsi, qəbizlik probleminə gətirib cıxarabilər. Ürək əzələlərinin inkişafına kömək edən banan yodla zəngin olduğu üçüntiroid vəzinin normal fəaliyyətinə də yardım edir.

- Biz balaca olanda–sovet dönəmində belə meyvələr yox idi. Amma yadımdadır ki, stolumuzun üstündənarmud-alma əskik olmurdu. Gündə ən azı adambaşına 2-3 alma, armud yeyirdik və demək olar ki,qış uzunu ya az xəstələnətdik, ya da heç xəstələnməzdik.



-Qış meyvələri içərisindəçox sevilən meyvələrdən biri də armuddur. Armud mədəyə xeyirli olub həzmiasanlaşdırır, ürəyin tez-tez döyünməsinin qarşısını alır. Armudun digər xeyirlicəhəti qəbizliyin qarşısını alıb sidik qovucu olmasıdır. Bilirsiniz, qəbizlikolan bədən hər zaman xəstəliklərin cəngində qalır. Tərkibi A, B1, B2, B3, B6, Cvitaminləri ilə zəngindir. Üstəlik qandakı sidik cövhəri turşusu və duzlarınıntəmizlənməsinə, böyrəklərin normal işləməsinə kömək edir, daş və duz problemlərinində həllində xeyirlidir. Yüksək təzyiqin aşağı salınıb, qanın təmizlənməsində dəarmuddan istifadə edə bilərsiniz. Armudu deyib almadan danışmamaq günah olar.Deyərdim ki, bütün mövsümlərinən sevilən meyvəsi almadır. Baş ağrısına,bağırsaqdakı parazitlərin tökülməsinə, qan şəkərinin nəzarətdə saxlanmasına köməkedir. Alma kalium, B3, karbohidrat, liflə zəngindir. Hətta adi bildiyimiz nar qızdırmanı, yorğunluğu aradan qaldırır, bədənəenerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağızyarası üçün faydalıdır, immunitet sistemini gücləndirir, orqanizmi xərçəng xəstəliyindənqoruyur. Nar təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Bu xüsusiyyətlərinəgörə nar ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur.Nar dəri üçün də faydalıdır.

- Doktor, yaşlı bir nənəm vardı, həmişə deyərdi ki,1941-45 müharibəsi dövründə də, sonrakıillərdə də bizim yeməyimizin də, icməyimizin də əsasında qurudulmuş meyvələrdururdu. Həmin quru meyvələrlə cay içəndəxəstəliyin, azarın nə olduğunu bilməzdik. Nədir, quru meyvələrdəki özəllik?



- Nənə düzdeyirmiş, quru meyvələr xərçəngdən təzyiqə,anemiyadan göz yorğunluğuna qədər bir çox xəstəlikdən qorumaq gücünə malikdir.Quru ərik- həzm problemləriniyaxşılaşdırır. Stress və qanazlığının qarşısını alır. Daşıdığı A vitamini dəriqüsurlarının müalicəsində də son dərəcə təsirlidir. Gündə 5 quru ərik yemək ürəkəzələlərinin və sinirlərinin inkişafı üçün əhəmiyyətlidir. Tərkibi həm dəkaliumla zəngindir. Kişmiş-yaxşı enerji mənbəyidir. Bəlğəm gətirən təsirinə görətənəffüs problemləri olan xəstələrə tövsiyə edilir. Gündə 10 dənə üzüm qurusu təzyiqiazaltmaqda olduqca təsirlidir. Bu baxımdan, iltihablara qarşı da immunitetsistemini gücləndirir. Quru tut- qan yaratmaqda və qızdırma əleyhinə əsrlərdiristifadə edilən quru tut əsl vitamin mənbəyidir. Gündə bir ovuc yeyərək özünüzüdaha gümrah və enerjili hiss edə bilərsiniz. Bundan başqa, quru tut ağızqoxusunu da yox edir. Quru gavalı-tərkibinə bol miqdarda B1, B2, B3, B6, A, C vəE vitaminləri daxildir. Xərçəng və qocalmaya qarşı qoruyucu təsirə malik qurugavalı tərkibindəki zəngin kalium və maqnezium ilə təzyiq, qaraciyər, ürək,böyrək və revmatizm xəstəliklərinə müsbət təsir göstərir. Quru əncir-yağ,sodium, xolesterin tərkibli olmadığı, hətta, yüksək dərəcədə lifli sayıldığıüçün arıqlamağa kömək edir. Tərkibi protein miqdarı baxımından kasaddır, turşubaxımından isə zəngin. Bu səbəbdən hüceyrə inkişafını dəstəkləyir. Boğaz ağrısıvə bronxiti aradan qaldırmaq gücünə malikdir. Bədəni yeniləməkdə fəal roloynayır. Bizim ölkəmizdə yetişməsə də xurma da bir sıra faydaları və dadına görəsevilir.

-Xumar xanım, ətraflı məlumata və maarifləndirməyə görə, təşəkkür edirik!

Əntiqə Rəşid

Adalet.az