Həkim: “İsti hava üç xəstəlikdən əziyyət çəkənlər üçün xüsusilə təhlükəlidir”
Rusiyalı həkim-angionevroloq Yevgeni Şirokovun sözlərinə görə, isti hava hipertoniya, ürək çatışmazlığı və ateroskleroz xəstələri üçün xüsusilə təhlükəli hesab olunur.
RBC xəbər verir ki, mütəxəssisin fikrincə, qızmar günəş altında orqanizm çoxlu maye itirir və bunun yeri dərhal doldurulmalıdır.
Nəticədə, həmin vəziyyət ürəyin yüklənməsinə gətirib çıxarır.
"Ayaqlarda ödem yaranır, təngnəfəslik müşahidə olunur, arterial təzyiq artır. Bundan başqa, maye itkisi qanın qatılaşmasına səbəb olur”, - deyə həkim xəbərdarlıq edir.
İsti hava ağciyərlərin xroniki xəstəliklərindən əziyyət çəkənlər üçün də təhlükəlidir. Buna səbəb tənəffüs hərəkətlərinin artması və ağciyərlərin təzyiqlə üzləşməsidir.
Digər Xəbərlər
05 May 2024 15:30
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
04 May 2024 15:56Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18