adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Avqust 2017 14:07
12054
DÜNYA

HƏDƏLƏR MÜHARİBƏYƏ APARIR

ABŞ və KXDR-ın rəhbərləri müharibə təhlükəsi qarşısında bir-birlərini hədələməkdə sanki yarışırlar. Dünya ictimaiyyətinin Şimali Koreya ətrafında yaranan gərginliyi danışıqlaryolu ilə nizamlamaq cəhdləri tamamilə iflasauğrayır. KXDR-in Xarici İşlər Nazirliyi ABŞ-a«nüvə silahı tətbiq etməklə ciddi dərs» verməkləhədələyir, Donald Tramp isə öz növbəsində Şimali Koreyanı «görünməmiş od içində»yandıracağı ilə hədələyir. Pxenyan ABŞ-ın hərbi bazası yerləşən Quam adalarına raket zərbələri endirəcəyini, Pentaqonrəhbəri Ceyms Mettis isə «Koreya xalqının məhv ediləcəyini» bəyan edir.

İki dövlətin «sözmüharibəsinə» münasibət bildirən Almaniya xarici işlər naziri Zikmer Qabriel nüvə müharibəsinin başlana biləcəyinə işarə edir:«Dünya tədricən müharibə vəziyyətinə gətirilir. Amma bu müharibə vəziyyətdən asılı olaraq nüvə silahları ilə aparılacaq».

Çin Xalq Universitetininbeynəlxalq araşdırmalar məktəbinin əməkdaşı Çen Syaoxe «Reuters»ə bildirib ki,«ABŞ və KXDR-in qarşılıqlı hədələri böyük müharibəyə çevrilə bilər».