adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Fevral 2017 14:44
7402
GÜNDƏM

HEÇ OLMASA ATANIN RUHUNA HÖRMƏT ELƏ!

Xocalısoyqırımından 25 il ötür. 25! Bir igidinömrü! Qarabağ müharibəsində çox igidlər şəhid oldu heç 25 yaşını görməmiş!

Xocalıda ermənilər Alman faşizmini də dəhşətə gətirə biləcəkbir vəhşilik törətdilər, bir soyqırım etdilər. Artıq dünyanın bir çox ölkələri Xocalısoyqırımını tanıyıb. «Xocalıya ədalət» kampaniyası bu sahədə çox işlər görüb və görməkdədir. Hazırda həm Avropada, həm də dünyanın bir çoxölkələrində «Xocalıya ədalət!» şüarları iləanım mərasimləri keçirilir.

Beləbir vaxtda bir görün nəyi müzakirə edirik? ABŞ-da, nə bilim dünyanın hansısa xarabasında oturub Azərbaycandövlətinə, Azərbaycan xalqına nifrət bəsləyən bir xanm sosial şəbəkədə bir videopaylaşır, Xocalı soyqırımında öz xalqını günahlandırır. Qısası, bir quyuya daş atır, indi yüz ağıllı o daşı çıxarmağaçalışır. Ətrafındakı müəyyən kərtənkələlər də həmin yüz ağıllı ilə höcətləşir.

Ermənistanprezidenti Sərkisyan dünyanın ən yüksək tribunasından bəyan edir ki, Xocalı soyqırımınımən törətmişəm. Zori Balayan bir azərbaycanlı cocuğa qarşı elədiyi vəhşiliyi özkitabında yazır. Nə bilim, digər erməni siyasətçilərivə döyüşçüləri bu soyqırımda iştirak elədikləri ilə fəxr edirlər.

Vəbirdən quqquluqu. Bir nəfər ortaya atılıb deyir ki, soyqırımın günahkarı biz özümüzük.

Uzaqkeçmiş deyil ey, hələ şahidlər yaşayır ey. Fevralın 26-da az-çox salamat qalmış xocalıları xilas etmək üçün döyüşə atılıbQaraqayanı ermənilərdən təmizləyən, Xocalı camaatını qucağında, belində, çiynində daşıyan mərd oğullarınçoxu Allaha şükür ki, sağ-salamatdı.

Həminvəhşiliyi ilk dəfə lentə alan Seyidağa Mövsümov, Tahir Qarayev, Xocalı camaatınıxilas etmək üçün döyüşlərə atılan Milli QəhrəmanAllahverdi Bağırovun könüllü döyüşçüləri – Rey Kərimoğlu,Səxavət, şair German, Firudun, Pələng Elməddin (bu siyahını uzatmaq olar)bədənlərinin müxtəlif hissələrini itirsələr də, bədənlərində hələ də düşmən qəlpələrigəzdirsələr də Allaha şükür ki, sağ-salamatdılar.

OsmanMirzəyev kimi vətənpərvər bir kişinin, Qarabağda şəhid olmuş bir kişinin övladınınbelə bir ərəfədə erməni dəyirmanına su tökməsindən dəhşətli bir şey yoxdu. Bu millətə hörmət eləmirsən, heç olmasa atanın ruhuna hörmətelə.

P.S.Düzdür, bu xanıma layiqli cavablar verilib. Belə layiqli cavabın biri də qazi ReyKərimoğludan gəlib. Reyin cavabını həm saytımızda, həm də qəzetimizdə oxuya bilərsiniz.