Həccə gedənlərin ilk qrupu sabah Azərbaycana qayıdır
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah vətənə dönürlər. Adalet.az bildirir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Zəvvarların digər qrupları isə sentyabrın 4-ə qədər Azərbaycana qayıdacaq. Zəvvarlar 8 təyyarə ilə avqustun 11-dən 15-ə qədər Həcc ziyarətinə yola düşüblər.
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.
Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59