Həcc ziyarəti nə vaxt başlayır?

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfəri Qurban Bayramıərəfəsi olaraq oktyabrın 2-dən başlayacaq.
Qafqaz MÜsəlmanları İdarəsindən verilən məlumata görə, artıq ziyarət üçünzəvvarlara təklif olunan variantlardan biri - xərci 3250 manatlıq xidmət üçünlimit dolub.
Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin gələn həftədolması gözlənilir.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlarınqalacaqları hotellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidməttəqdim olunur.
Həcc ziyarəti zamanı ümumi ziyarət xərci 3250 manata başa gələn zəvvarlarhotellərdə 8 nəfərlik otaqda, ümumi xərci 4100 manata başa gələnlər isə 4nəfərlik otaqda yerləşəcəklər.
Hər iki halda hotel tərəfindən zəvvarlara gündə iki dəfə yemək veriləcək.Nisbətən bahalı şərtlərdən istifadə edən zəvvarlar üçün verilən yeməklərinçeşidi bir qədər artıq olacaq.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçünkvota 1400 nəfərdir. AzərbaycandaHəcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və sənədlərziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunur.