adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyun 2023 10:26
459
ƏDƏBİYYAT

Heç vaxt ailə qurmayan qadın şairə: “O, mənim ilk məhəbbətim idi...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Cəmalənin (adı şərtidit) həyat hekayəsindən bəhs edəcəyik. O, şairdi, yazıçıdı, amma indiyə kimi ailə qura bilməyib. Olanları belə nəql edib:

“Ailədə bir qardaş və iki bacıyıq. Cənub rayonlarından birində yaşayırıq. Amma Bakıya tez-tez gəlib-gedirəm. Rayonda isə müəllimə işləyirəm. Artıq indi yaşım əllinin astanasındadır, amma ailə qura bilməmişəm. Buna səbəb bəzən düşünürəm ki, özüməm, bəzən də alın yazısı kimi qəbul edirəm”. 

“Həm universitetdə tələbə olduğum illərdə, həm də rayona qayıdıb işləməyə başlayanda istəyənlərim oldu. Amma nədənsə özümə uyğun bilmədim. Kənd yeridir, illər keçdikcə sənin yaşıdında oğlan olmur onunla ailə qurasan. Bir də baxdım ki, artıq adımı tutan yoxdur. Alın yazıma qəbullandım. Elə uşaq yaşlarından şeirlər, hekayələr yazırdım. İndi bir neçə kitablarım çapdan çıxıb. Yaradıcılığımda təkliyimə çox yer verirəm”. 

“Amma həyatımda bir dəfə həqiqətən sevdiyim insan olub. Bu mənim ilk məhəbbətim idi. İndi onun sevgisi həmişə yara kimi ürəyimdə qalıb. Onunla ailə qurmağımıza ailəsi mane oldu. Mən ondan üç yaş böyük idim, amma doğrudan da mən onu, o da məni sevirdi. Ailəsi isə bu izdivaca mane oldu. Ondan sonra mənim də qəlbim sındı. Bir daha kiməsə bağlanmaq, ou düşünmək istəmirəm”. 

Vasif Əlihüseyn