adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 May 2020 10:26
52117
HÜQUQ

Həbs edilən icra başçılarının övladlarının günahı nə?

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) korrupsiya və rüşvətə bulaşmış rayon icra başçıları ilə bağlı keçirdiyi əməliyyatlar əhalidə böyük məmnunuluq hissi oyadır. Ancaq bununla yanaşı, prosesdə diqqətçəkən bir məqam var. Həbs edilən həmin icra başçılarının ayrı-ayrı vəzifələrdə çalışan övladları öz işindən uzaqlaşdırılır. Hüquqi dövlətdə məsuliyyətin fərdi olduğunu nəzərə alsaq, o zaman, həbs edilən icra başçılarının övladlarının işdən çıxarlması nə dərəcədə doğrudur?

Qeyd edək ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin məhkəmə və prokuroruluq sistemində işləyən iki övladı atalarının həbsindən sonra işini itirdi.

Eyni hal İmişlinin başçısı Vilyam Hacıyevlə bağlı da baş verdi.Həbsindən bir gün sonra onun da oğlu prokurorluqdakı işindən oldu.

Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəisi Eldar Sultanov məsələ ilə bağlı sorğumuzu cavablandırıb:



"Məhəmməd Hacıyev öz ərizəsi ilə işdən çıxarılıb. Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Ağstafa rayonun icra başçısının oğlu ilə bağlı da həmin şəxs o dövrdə öz ərizəsi ilə müraciət etdi və eyni qaydada tutduğu vəzifədən azad edildi”.


Eldar Sultanovun bu açıqlamasına baxmayaraq, ortadakı mənzərə fərqlidir.Həmin icra başçılarının potensial cinayətkar olmasına şübhə yoxdur. Onları əməllərinə adekvat cəzalandırmaq lazımdır.
Yaxınlarına qarşı bu formada davranış bu cür uğurlu əməliyyatlara kölgə sala bilər.

Gununsesi.org