adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2017 12:43
19143
MƏMLƏKƏT

“Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı olub

AzərbaycanRespublikasının Prezidenti yanında Bilik Fondunda AMEA N.Gəncəvi adına MilliAzərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrəfəlsəfə doktoru Yaqut Bahadurqızının aprel şəhidi Mİ-24 hərbi helikopterininekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunmuş "Hayver mənə, cənab leytenant” kitabının təqdimatı keçirilib.

Təqdimatdan öncə BilikFondunun əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları Fəxri Xiyabandaonun məzarını ziyarət ediblər. BilikFondunun icraçı direktoru Oktay Səmədov qonaqları salamlayaraq 2016-cı ilinaprel hadisələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasınaşəhid olmuş, ölümündən sonra "Azərbaycan Bayrağı” Ordeninə layiq görülmüş ƏbuBəkr İsmayılovun qısa, lakin şərəfli həyat yoluna işıq salan bu kitabın ərsəyəgətirənmüəllifəmünnətdarlığını bildirib. İcraçı direktor deyib ki, belə kitablar gənclərimizüçün örnək ola biləcək qəhrəmanların həyatını geniş auditoriyaya çatdırmaqdaəvəzsiz nümunədir.

Milli Məclisindeputatı, yazıçı-publisist Aqil Abbas qəhrəman oğullarımızın şücaətindən bəhsedən kitabların geniş təbliğatının aparılmasının zəruriliyini vurğulayıb. Aqil Abbas onu da bildirib ki, aprel döyüşlərindəəsgər və zabitlərimizin torpaq uğrunda canından keçməsi xalqımızın əzminin vəqələbəyə gedən yolda dönməzliyinin göstəricisidir.

Yazıçı-publisist Flora Xəlilzadə belə kitabların ortavə ali təhsil müəssisələrində, hərbi hissələrdə yayılmasının vacibliyinivurğulayaraq, şəhidlərimizin keçdiyi yolun bir qəhrəmanlıq məktəbi olduğunudilə gətirib.

Tədbirdə şəhidinqohumu Kərim Şükürov, hərbiçi, qazi İslam Əzimov, Fondun əməkdaşı RamiləQurbanlı, kitabın rəyçisi Qabil Nəsibov, AMEA N.Gəncəvi adına ƏdəbiyyatMuzeyinin əməkdaşı Məlahət Kələntərli, mayor, şairə Aidə Şirinova çıxış edərəkkitabın vətənpərvərlik mövzusunda yazılmış ən yaxşı əsərlədən biri kimiqiymətləndirdilər və belə kitablar əsasında ssenarilər yazılmasını filmlərçəkilməsini, təhsil müəssisələri və hərbi hissələrdə tədris olunmasını təklifetdilər.

Şəhid baş leytenantƏbu Bəkr İsmayılovun anası Rəna İsmayılova və şəhid pilot mayor Təbriz Musazadəadına Tədris İncəsənət Mərkəzinin direktoru, şəhid xanımı Pərişan Musazadə dəçıxışlarında belə tədbirlərin əhəmiyyətini vurğulayaraq vətən uğrunda canındankeçənlərin daim yüksək qiymətləndirilməsinin gələcək qələbələrə yol açacağınıdedilər və müəllifin onların hiss və həyəcanlarını, dərdini anlayaraq qələməaldığı üçün, hər kəsi duyğulandırmağı bacardığı üçün ona minnətdarlıqlarınıbildirdilər.

Tədbirdə "Hay vermənə, cənab leytenat” mahnısının sədaları altında şəhidin həyatını və döyüşyolunu əks etdirən foto slayd nümayişi tədbir iştirakçılarını duyğulandırdı.Xalq artisti Eldost Bayramın iştirakçılar üçün kitabından bir parça oxuması dahər kəsi kövrəltdi.

Sonda kitabın müəllifiAMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regionalşöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxışedərək təqdimat mərasiminin təşəbbüsçüsü olan Bilik Fonduna və iştirakçılaraonun zəhmətinə dəyər verdikləri üçün minnətdarlığını bildirdi.