Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dekabrın 13-ü gündüzdən 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Digər Xəbərlər
03 Mart 2026 17:04
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
03 Mart 2026 14:10
Sabah yağış yağacaq - PROQNOZ
03 Mart 2026 13:10
Xırdalandan Bakı-Şamaxı avtomobil yoluna 3 fərqli yerdən tunellər inşa ediləcək
03 Mart 2026 12:22
Uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
03 Mart 2026 12:10
Prezidentin qızı və gəlini "Nine Senses"də uşaqlarla bir arada - VİDEO
03 Mart 2026 12:06
Çıxışı qadağan olunmuş 554 nəfərin ölkəni tərk etmək cəhdinin qarşısı alındı
03 Mart 2026 11:50
BDYPİ velosipedçilərə çağırış etdi
03 Mart 2026 11:31


Bakı -°C

