adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Noyabr 2022 11:30
885
MƏMLƏKƏT

Havalar kəskinləşir

Hidrometroloqların verdiyi məlumata görə, noyabrın 28-dən respublika ərazisində havalar kəskin dəyişəcək. Hətta onların dediklərinə inansaq, temperatur 7-8 dərəcə aşağı düşəcək. Başqa sözlə desək, havanın hərarəti elə o dərəcədə olacaq. Üstəlik də bir çox rayonlara sulu qar və fasiləsiz yağış yağacaq. Təbii ki, belə bir mürəkkəb hava şəraitində nəqliyyat vasitələrini idarə etmək bir qədər də çətinləşəcək.

Ona görə də həmişə Baş Dövlət Yol Polisi İdarəsi mürəkkəb hava şəraiti ilə əlaqədar öz tövsiyələrini və məsləhətlərini verir. Biz də metroloji şəraitə uyğun olaraq təhlükəsizliyin təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli ilə əlaqə yaratdıq. Cənab kapitan bildirdi ki, yağışlı, yağmurlu və dumanlı hava şəraitində, xüsusən dağ yollarında və sərt döngələrdə sürücülər daha diqqətli olmalıdılar. Onlar ara məsafəsi saxlamalı, sürət həddinə əməl etməli, qatı duman olanda işıq cihazlarını yandırmalıdılar.

Toğrul Nəsirli onu da dedi ki, bütün sürücülər bu cür hava şəraitində piyadalarla bağlı diqqətlərini bir qədər də artırmalıdılar. Çünki heç kimə sirr deyil ki, dumanlı havada avtomobil yolu yaxşı görünmür, bəzi hərəkət iştirakçıları isə məsuliyyətsizlik edərək yolu keçməyə çalışırlar. Bu isə hər hansı yol-nəqliyyat hadisəsinin baş verməsinə zəmin yaradır. Ona görə də bir daha yol polisi olaraq sürücülərə və hərəkət iştirakçılarına tövsiyyə edirik ki, metroloji şəraitə uyğun sürət həddi seçsinlər və piyadalar yol hərəkəti qaydalarına əməl eləsinlər.

Emil FAİQOĞLU