adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 May 2019 09:00
36086
GÜNDƏM

“HAVA YOLLARININ” HAVAYI TORPAQ ZƏBTİ

Bu günlərdə "Ədalət” qəzetinin redaksiyasına müraciət edən Vəliyev Musa Əlicanoğlu və Həsənov Habil Məhəmməd oğlu bildiriblər ki, Yevlax rayon Aqrar İstahatKomissiyasının 31 yanvar 1998- ci il tarixli, 27 saylı qərarı ilə 12,43 hatorpaq sahəsi JN-104, kod 90104048 22 iyun 2000-ci il tarixli 104 saylı qeydlətorpağın mülkiyyət hüququna dair Dövlət Aktı ilə pay torpağı Cırdaxan kəndsakinləri Vəliyev Musa Əlican oğlu, Vəliyev Möhübbət Əlican oğlu, Əliyeva MahirəMisir qızı, Vəliyeva Nubar Musaqızı, Vəliyev Təbriz Musa oğlununmülkiyyətinə verilmişdi.

Eyni ilə 31 yanvar 1998-ci il tarixli, 27 saylı qərar ilə 1.64 ha torpaq sahəsiJN-107, kod 90104048, 22 iyun tarixli, 107 saylı qeydlə torpağın mülkiyyəthüququna dair Dövlət Aktı ilə pay torpaq sahəsi Cırdaxan kənd sakini HəsənovHabil Məhəmməd oğlunun mülkiyyətinə verilib.

Həmin torpaq sahələri mülkiyyət sahibləri tərəfindən 2012-ci ilin aprel ayınakimi istifadə olunmuşdu. 2012-ci ilin aprel ayında Vəliyev Musa və digərlərininmülkiyyətində olan torpaq sahəsinin 9.10 ha-rı , Həsənov Habilə məxsus torpaqsahəsinin isə hamısı,1.64 ha-rı mülkiyyətçilərlə razılaşdırılmadan "AzərbaycanHava Yolları” QSC tərəfindən hasarlanaraq zəbt olunmusdu. Torpaq sahiblərininYevlax rayon İcra Hakimiyyətinə və digər instansiyalara bununla bağlı şikayətlərinəYevlax hava yollarının infrastrukturunun yenidən qurulmasının "dövlət əhəmiyyətli”olduğunu bildirərək məhəl qoyulmayıb.
Ölkəmizdə Möhtərəm Prezidentimizin təşəbbüsü ilə bütün sahələrdə müasir tələblərəcavab verən quruculuq işlərinin aparılması təqdirə layiqdi. O cümlədən "AzərbaycanHava Yolları” QSC-nin Yevlax hava yollarının da beynəlxalq tələblərə cavab verənuçuş-eniş zolağının genişləndirilərək yenidən qurulmasını yalnız alqışlamaqolar. Lakin bu layihə qanunvericiliyə uyğun olaraq, mülkiyyət sahiblərinə zərərvurulmadan həyata keçirilməlidi. 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsində deyilir ki,Mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa səxsə birbaşa ziyan və ya zərərvurmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldi. Yəni Hava Yolları QSC-ninəməli indiki halda qanuna zidd əməl kimi qiymətləndirilməlidi. Maraqlıdır ki,QSC bu torpaq sahələrini 2012-ci ilin aprel ayından hasarlayıb quruculuq işlərinəbaşlayandan bir il sonra, yəni 8 iyul 2013-cü il tarixdə Yevlax rayon İcraHakimiyyətinə yenidənqurma işləri ilə bağlı torpaq sahəsinin ayrılması barədəmüraciət etmiş, İcra Hakimiyyəti də həmin torpaq sahəsini yüklü olmaması kimigöstərərək vətəndaşların faktiki mülkiyyətində olan torpaq sahələrinin QSC-yəverilməsi barədə sərəncam verib. 

Uzun illər hüquqlarının bərpa olunmasına çalışan torpaq sahibləri nəhayət, məhkəməyəmüraciət etmək qərarına gəlirlər. Vəliyev Musa və digərləri 09.03.2018-ci iltarixdə, Həsənov Habil isə 27.06.2018-ci tarixdə Yevlax rayon məhkəməsinə iddiaərizəsi ilə müraciət edirlər. 

Yevlax rayon məhkəməsi cavabdeh "Azərbaycan Hava Yolları” QSC tərəfindən torpaqsahəsinin zəbt olunması ilə bağlı ekspertiza təyin edir və Əmlak MəsələləriDövlət Komitəsi yanında Ünvan Reyestri Xidmətinin təqdim etdiyi 28.08.2018-ciil tarixli rəylə müəyyən edir ki, həqiqətən də iddiaçılara verilmiş 12.43 hatorpaq sahəsinin cənub-qərb tərəfindən 9.10 ha hissəsi QSC nin Yevlax havalimanının uçuş-eniş zolağı altına düşüb.

Növbəti ekspertiza zəbt olunmuş 9.10 ha torpaq sahəsinin qiymətləndirilməsi iləbağlı təyin edilir. "TES” Groop” MMC-nin 22.02.2019-cu il tarixli, 0005/19saylı rəyi ilə müəyyən edilir ki, zəbt olunmuş 9.10 ha torpaq sahəsinin həmin tarixə olanbazar qiyməti 1 hektarı 2500 manatolmaqla 22750 manat təşkil edir.

Məhkəmə iclasında cavabdeh "Azərbaycan Hava Yolları” QSC etiraf edir ki, torpaqsahəsinin onlara verilməsi ilə bağlı danışıqlar aparmayıb, 08.07.2013-cü ildəbu torpağın Yevlax rayon İcra Hakimiyyəti tərəfindən yüklü olmayan torpaq kimionlara verildiyini, torpağın kiminsəmülkiyyətində olduğu barədə məlumatlarıolmadıqlarını bidirib. Amma nədənsə həmin torpağın 2012-ci ilin aprelayından, mülkiyyətçilərlə razılaşdırmadan hasara aldıqlarını, mülkiyyət sahiblərininetrazlarını hədələrlə qarşıladıqlarını unudub və bu barədə susub. Digərcavabdeh Yevlax rayon İcra Hakimiyyəti də nəyə görəsə faktiki olaraq vətəndaşlarınmülkiyyətində olan torpaq sahəsini yüklü olmayan ərazi kimi hava yolları QSC-yəverilməsinə aydınlıq gətirmir. Yalnız məhkəmənin gedişi zamanı, yəni altı ildənsonra zərərçəkmişlərə yeni torpaq sahəsinin veriləcəyi barədə razılığa gəldiklərinibildirib. Hesab edib ki, onlara qarşı iddia rədd edilməlidi. 

Yevlax rayon məhkəməsi Vəliyev Musa və qeyrilərinin cavabdehlər "AzərbaycanHava Yolları” QSC və qeyrilərinə (yəqin Yevlax rayon İcra Hakimiyyəti nəzərdətutulur) qarşı "zəbt olunmuş torpaq sahəsindəncıxarılma və sair” tələbinə dair iddialarını iddiaçılara ayrılmış torpaq sahəsinindövlət əhəmiyyətli Yevlax hava limanının uçuş-eniş zolağı altına düşmüş hissəsininəvvəlki vəziyyətinə qaytarılmasının aşkar böyük xərcə səbəb olacağını əsas gətirərəktəmin etmir və bunu qanunvericilikdə nəzərdə tutulan qaydalarla izah edir.Razılaşmaq olar, lakin məhkəmə QSC-nin qanunvericiliyə uyğun olmayaraq heç birhüquqi sənəd almadan, torpaq mülkiyyətçiləri ilə razılaşdırılmadan 2012-ci ilin aprel ayından mülkiyyətçinintorpaq sahəsini hasara almasına , yalnız bir ildən sonra torpaq sahəsininayrılması üçün Yevlax rayon İcra hakimiyyətinə müraciət etməsinə, İcra Hakimiyyətininfaktiki olaraq vətəndaşların mülkiyyətində olan torpaq sahəsinə dair (ekspertiza rəyləri əksini təsdiq edir) yüklü olmayan ərazi kimi göstərərək sərəncamverməsinə münasibət bildirmir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində deyilir ki,"Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,.... əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidi.”Amma məhkəmənin hakimi Günay Cavadovanədənsə bu halları nəzərə almayaraq, nə "Azərbaycan Hava Yolları” QSC, nədə faktiki olaraq yük altında olan torpaq sahəsini yük altında olmayan torpaqsahəsi kimi göstərərək sərəncam verən Yevlax rayon İcra Hakimiyyətinin müvafiqqaydada qanunvericiliyə əməl etməmələrinə göz yumub. Hesab edib ki, 2012-ciilin aprel ayından mülkiyyətində olan torpaq sahəsinin əvəzi ödənilmədən əlindənalınması, yalnız məhkəmə araşdırması zamanı səhvini başa düşərək Vəliyev vəqeyrilərinə yeni torpaq sahəsinin verilməsi ilə bağlı razılaşmanın əldəolunmasını tutarlı arqument sayıb. İddia ərizəsində mülkiyyətçilərə dəyənziyanın ödənilməsi ilə bağlı tələbini də"ümumi qaydada iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etməkhüququnun olmasını” izah etməklə kifayətlənib. 

Yəni mülkiyyətində olan torpaq sahəsininəvəzi ödənilmədən əlindən alınması, bu illər ərzində haqqını tələb edə bilməyən zəhmətkeş vətəndaş, əkib-becərməklə məşğulolub ailəsini dolandırmaq əvəzinə, yenə də məhkəmələrdə sürünmək məcburiyyətindəqalmalıdı.

Digər mülkiyyətçi 1.64 ha torpaq sahəsi əlindən alınmış Həsənov Habil Məhəmmədoğlunun 27.06. 2018-ci ildə Yevlax rayon məhkəməsinə verdiyi iddia ərizəsinə isəhələ baxılmayıb. Yəqin onu da qarşıda uzun müddətli məhkəmələr prosedurlarıgözləyəcək...

Biz"Ədalət” olaraq məsələni ictimailəşdirdik. İndi söz əlaqədar qurumlarındı.

"Ədalət”