Hava ilə bağlı son məlumat
Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış və şimşəkli hava müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin avqustun 6-sı saat 09:00-a olan məlumatına görə, ölkə ərazisinin əksər hissəsində hava şəraiti əsasən yağmursuz keçib.
Qeyd edilib ki, ayrı-ayrı rayonlarda yağıntının miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm təşkil edib.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 18 m/s-dir. Bölgələrdə isə əsasən cənub-şərq küləyi müşahidə olunur. Ən güclü külək Culfada 21 m/s, Naxçıvanda isə 16 m/s olub.
Məlumata görə, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 39, dağlıq ərazilərdə isə 26 dərəcəyədək isti olub.
Digər Xəbərlər
10 Avqust 2026 16:24
Bu gün təyin olunan səfirlər kimdir? - Dosye
10 Avqust 2026 15:38
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
10 Avqust 2026 14:30
Strateji obyektlərin kibertəhlükəsizliyi ilə bağlı qaydalar hazırlanacaq
10 Avqust 2026 13:17


Bakı -°C

