Harrisin Los-Ancelesdəki iqamətgahı təxliyə edildi
ABŞ vitse-prezidenti Kamala Harrisin iqamətgahı Los Anceles şəhərində meşə yanğını ilə əlaqədar elan edilmiş təxliyə zonasında olub.
Adalet.az xəbər verir ki, bu barədə Amerikanın "NBC News" telekanalı məlumat yayıb.
Jurnalistlər bildiriblər ki, indiyədək 30 minə yaxın insan evlərini tərk edib.
"Los Ancelesdəki Harris iqamətgahı indi Sakit Okean Palisades bölgəsindəki yanğına görə təxliyə zonasının şərq hissəsindədir. Vitse-prezident hazırda Vaşinqtondadır", - materialda deyilir.
Yanvarın 7-də “The Wall Street Journal” Los-Ancelesin qərb hissəsində külək səbəbindən güclənən meşə yanğınının başladığını yazıb. Bunun fonunda hakimiyyət milli parkın yerləşdiyi Sakit Okean Palisades bölgəsində əhalinin məcburi təxliyəsini elan edib.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

